azadses.az » Manset » “Hazırda memuarlar üzərində işləyirəm” – Ayaz Mütəllibovla ədəbiyyat söhbətləri

“Hazırda memuarlar üzərində işləyirəm” – Ayaz Mütəllibovla ədəbiyyat söhbətləri

Azad Səs Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibovun modern.az-a verdiyi müsahibəsini təqdim edir. Eks prezident Azərbaycan və dünya ədəbiyyatı haqqında fikirlərini bölüşüb. Vəzifədə olduğu dönəmlərdə yazıçı və şairlərlə bağlı xatirələrindən danışıb.

 
-Ayaz müəllim, necəsiniz? Karantin günləriniz necə keçir? Boş vaxtlarınızda nə edirsiniz?
 
- Yaxşıyam, bağ evindəyəm. Dincəlirəm. Boş vaxtlarımda isə gündəmi izləyirəm. Olub-bitənlərdən xəbər tutmağa çalışıram. Daha çox istirahətimə zaman ayırıram. Kitablar oxuyuram. Bədii ədəbiyyat bunların içərisində üstünlük təşkil edir. Bir də memuarlar üzərində işləyirəm. Hələ tam hazır deyil...
 
-Deyəsən ad gününüz də karantin dövrünə düşdü. Kimlərlə keçirdiniz ad gününüzü?
 
-Həmişə öz ailə üzvlərimlə keçirmişəm. Təmtəraqlı ad günü keçirdiyimi xatırlamıram. Həyat yoldaşım ilk dəfə idi ki, yanımda deyildi. Onsuz çox çətindir. Ad günümdə gedib məzarını ziyarət etdim. Tez-tez qəbrinin üstünə gedirəm. Baş çəkirəm. Onunla söhbətləşirəm.  
 
-Ayaz müəllim, bədii kitablar oxuduğunuzu dediniz? Kimləri oxuyursunuz?
 
-Daha çox Bəxtiyar müəllimin yaradıcılığına tez-tez nəzər salıram. Xalq şairi Bəxtiyar Vahabzadəni deyirəm. Onun əsərləri olduqca maraqlıdır. Təlim və tərbiyə, milli-mənəvi dəyərlər üstünlük təşkil edir. Bəxtiyar müəllimin həyat yoldaşına yazdığı şeiri isə daha çox sevirəm. Anasına həsr etdiyi şeir də çox xoşuma gəlir. Onun əsərlərini həmişə, hər yerdə nümunəvi əsərlər kimi göstərmişəm.
 
-Belə başa düşdüm ki, nəsrdən daha çox poeziyanı sevirsiniz?
 
-Xeyr, nəsri daha çox sevirəm. Poeziyadan fərqli olaraq prozada bənzətmələr, metaforalar daha azdır. Buna baxmayaraq, proza məni özünə daha çox çəkir. Drayzeri, Remarkı, Çarlz Dikkensi daha çox oxumuşam. Mark Tvenin əsərlərini heyranlıqla mütaliə etmişəm.
 
-Dünya ədəbiyyatından kimləri oxuyursunuz?
 
-Puşkin, Şoloxov, Boris Posternak və Mayakovskini deyərdim. Orta məktəb illərindən sevdiyim şairlərdir.
 
-Bəs Azərbaycan kimlərin yaradıcılığına daha çox müraciət edirsiniz?
 
-Bizim ölməz klassiklərimiz var. Azərbaycan ədəbiyyatında poeziya zənginliyi və rəngarəngliyi çox güclüdür. Daha çox ibrətamiz, nəsihətverici, maarifçi əsərləri sevirəm. Bu baxımdan Nizami Gəncəvini, Xaqani Şirvanini, ölməz Sabiri misal çəkə bilərəm. Bunlar milli poeziyamızın ölməz əsərləridir. Onların içərisində daha çox Sabiri oxuyuram. “Fəhlə baba” şeirini orta məktəb dövründə əzbərləmişəm. Bu gün də yadımdadır. Seyid Əzim Şirvaninin əsərlərini də çox sevirəm. Hətta onun şeirlərinin birində babam Məşədi Əşrəf kişinin adı çəkilir. Səməd Vurğun yaradıcılığının da vurğunuyam. “Azərbaycan” şeirini əzbər bilirəm.
 
-Şair və yazıçılarla bağlı xatirələriniz varmı? Uzun illər dövlət idarə etməsində ən yüksək vəzifələrdə olmusunuz. Prezident kimi də müəyyən bir dövrdə ölkəyə rəhbərlik etmisiniz. Kimsə üstünüzə bir xahiş üçün gəlibmi? Onlar üçün nələr etmisiniz?
 
-1991-ci il idi. Eşitdim ki, Məmməd Arazın yaradıcılığı həmin vaxta qədər öz layiqli qiymətini almayıb. O vaxt Xalq şairi Nəbi Xəzri ilə əlaqə saxladım. Ona Xalq şairi fəxri adının verilməsi məsələsinə münasibət öyrəndim. Çox yaxşı qarşıladı, sevindi. Tezliklə Məmməd Araza Xalq şairi fəxri adı verildi. Bəxtiyar Vahabzadə ilə bağlı da bir xatirəni danışa bilərəm. SSRİ-nin mövcud olduğu illərdə Türkiyəyə getmişdik. Bəxtiyar müəllim qarşılanma mərasimindən çox təsirləndi. Dedi ki, kaş öz müstəqil dövlətimiz olardı. Bizi öz milli dövlətimizin nümayəndəsi kimi qarşılayaydılar. O zaman dedim ki, Bəxtiyar müəllim, gün gələr o günü – yəni, müstəqil Azərbaycanı biz də görərik.
 
Tural Turan


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib