azadses.az » Manset » ANS Ç.M-ə görə Ziyalılar Prezidentə və birinci vitse Prezidentə müraciət etdilər

ANS Ç.M-ə görə Ziyalılar Prezidentə və birinci vitse Prezidentə müraciət etdilər

Azərbaycan ictimaiyyətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 
və birinci vitse-prezident Mehriban Əliyevaya müraciəti 


Çox hörmətli cənab prezident!
Çox hörmətli Mehriban xanım!


Azərbaycanın yaradıcı ziyalıları və kütləvi informasiya vasitələrinin nümayəndələri Azərbaycanın Milli Qəhrəmanı, qorxmaz və cəsur jurnalist, ölkəmizdə reportyor məktəbinin banisi Çingiz Mustafayevin adını daşıyan ANS ÇM – 102 FM radiotezliyinin satılması ilə bağlı tender keçirilməsinə dair dərin narahatlıq və həyəcanla Sizə müraciət edir. 
Çirkin erməni təbliğatına qarşı mübarizədə silinməz iz qoyan Çingiz Mustafayevin 60 illik yubileyi ərəfəsində Milli Televiziya və Radio Şurası, Avrasiya məkanında müstəqil və özü-özünü təmin edən Kütləvi İnformasiya Vasitələri yaratmaq üçün ilk cəhdlər təcəssüm etdirən kütləvi məlumat institutunu bizim tarixi yaddaşımızdan tələsik silməyə çalışır. FM radiotezlik diapazonu 50-dən çox yeni radiostansiya yerləşdirməyə imkan versə də, Şura, 27 ildir milli qəhrəmanın adını daşıyan radio tezliyini tələsik halda satmağa çalışır.
Azərbaycan özünün sürətlənmiş siyasi və iqtisadi inkişafında yeni bir mərhələyə qədəm qoyub və sizin rəhbərliyiniz altında həyata keçirilməyə başlayan çoxşaxəli və genişmiqyaslı islahatlar çiçəklənən ölkəmizin dinamik inkişafında, sözsüz ki, yeni bir mərhələ müəyyənləşdirəcək. Üstəlik, Azərbaycan hələ də düşmənlə sərt və barışmaz informasiya müharibəsindədir. Təəssüf ki, bu tarixi dövrdə bəzi qüvvələr, işğalçının xain gülləsindən həlak olan milli qəhrəmanın adını xaincəsinə silmək cəhdləri ilə ümummilli dəyərləri devalvasiya edirlər. Əgər Qarabağ müharibəsi qəhrəmanlarının adlarını xalqın yaddaşından silirlərsə, cəmiyyət necə yeni qəhrəmanlar yarada bilər? 
Hər hansı başqa ölkə cəsur bir jurnalistin adını daşıyan radiostansiyası ilə fəxr edərdi. Axı təkcə Çingiz Mustafayevin xatirəsini deyil, eyni zamanda Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən bütün qəhrəmanların adlarını unutdurmağa cəhd edirlər.
Dahi Azərbaycanlı Heydər Əliyevdən tutmuş, prezident İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevayadək, bütün Əliyevlər ailəsi Çingiz Mustafayevin Azərbaycan gənclərinin tərbiyəsi və formalaşmasında gördüyü işlərin əhəmiyyətini və qəhrəmanlıqlarını dəfələrlə ən yüksək kürsülərdən çıxışlarında qeyd ediblər. 
Biz ümid edirik ki, ədalətli qərar qəbul edəcəksiniz, Vətən uğrunda canını fəda edən jurnalistin adının unudulmasına imkan verməyəcəksiniz və ANS ÇM - 102 FM radiostansiyası gələcəkdə də Çingiz Mustafayevin adını daşıyacaq.

Müraciət edən şəxslər:
Azərbaycanın Xalq artisti Afaq Bəşir qızı, Xalq artisti Afaq Məlikova, Xalq artistləri Xuraman və Fidan Qasımovalar, xalq yazıçısı Anar Rzayev, xalq yazıçısı Çingiz Abdullayev, xalq şairi Sabir Rüstəmxanlı, əməkdar artist Fəxriyyə Xələfova, Xalq artisti Mənsum İbrahimov, Xalq artisti Rasim Balayev, rejissorlar Ayaz Salayev, Eldar Quliyev, Oqtay Mirqasımov, Vasif Babayev, Mehriban Ələkbərzadə, tanınmış jurnalistlər Arif Əliyev, Mais Məmmədov, Elbrus Ərud, Qulu Məhərrəmli, Mehman Əliyev, Rauf Arifoğlu, Eynulla Fətullayev, Tofiq Abbasov, Elçin Şıxlı, Xalq artisti Brilliant Dadaşova, Xalq artisti Zülfiyyə Xanbabayeva, Xalq artisti Fəxrəddin Manafov, Xalq artisti Faiq Ağayev, Xalq artisti Nurəddin Mehdixanlı, dirijor Rauf Abdullayev, bəstəkar Cahangir Zülfüqrov, rejissor Cəmil Quliyev, Xalq artisti Murad Dadaşov, aktyor Tahir İmanov, teatr rejissoru Cənnət Səlimova, Azərbaycan Rəssamlar İttifaqının üzvü Elmira Abbaslı, xalq şairi Ramiz Rövşən, tanınmış sənətkarlar Fərid Ələkbərov və Nərminə Vəliyeva, xalq artisti, bəstəkar Siyavuş Kərimi, ictimai xadim Tənzilə Rüstəmxanlı, ölkənin elmi ictimaiyyətinin nümayəndələri: professor Vəfa Quliyeva, professor Bədirxan Əhmədli, professor Valeh Mirzəzadə, professor Solmaz Tohidi-Rüstəmova, Fəlsəfə üzrə fəlsəfə doktoru Rasim Müzəffərli, professor Nəsiman Yaqublu, professor Kamil İbrahimov, tarix elmləri doktoru Firdovsiyə Əhmədova, Xalq artisti Təranə Muradova ...
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib