Bakıda çörəyin içərisindən bolt çıxıb, araşdırmalara başlanılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bununla bağlı məlumat mediadan götürülərək araşdırılması üçün AQTA-da aidiyyəti üzrə yönləndirilib.
Qeyd olunub ki, araşdırmalar aparılacaq və araşdırmaların nəticələri ilə bağlı ətraflı məlumat veriləcək:
“Vətəndaşlardan xahiş edirik ki, bu kimi hallarla rastlaşdıqda konkret faktları - məhsulun adı, istehsalçısı, satış obyekti, istehsal tarixi və s. göstərməklə Agentliyin 1003 “Çağrı Mərkəzi”nə zəng edib məlumat versinlər”.