Azərbaycanda nümunəvi dönərxanalar yaradılacaq
- 15-09-2020, 12:03
- Cəmiyyət
Ümumiyyətlə Azərbaycandakı ictimai iaşə müəssiələrində, həmçinin dönərxanalarda istifadə edilən ətlər baytarlıq nəzarətindən keçirilir.
''Azad Səs'' PARLA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidmətinin rəhbəri Mansur Piriyev hazırda paytaxtda fəaliyyət göstərən “1 manatlıq” dönərxanlarla bağlı sualı cavablandırarkən bildirib.
M.Piriyev qeyd edib ki, heyvan mənşəli ətlər xüsusi risk qrupuna daxil olduğundan məsələyə xüsusi diqqət yetirilir:
“Nümunəvi dönərxanalarla bağlı layihə çərçivəsində bütün bu məsələlərə diqqət yetiriləcək”.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qeydiyyat və sahibkarlarla əməkdaşlıq şöbəsinin müdiri Orxan Mikayıl əlavə edib ki, nümunəvi dönərxanaların yaradılması zamanı sahibkarlara bütün texniki dəstək veriləcək:
“Bura dönər ətinin istehsalından tutumuş, dönərin hazırlanmasına qədər hər şey daxildir. Bizim məqsədimiz sağlam rəqabət mühiti yaratmaqdır. Ümid edirik ki, məhz sağlam rəqabət mühitində qeyd edilən “1 manatlıq” dönərxanların sıradan çıxmasıı amanla təmin olunacaq”.