“Azərpoçt”un idarəetmə forması dəyişib

“Report”un məlumatına görə, qurumda baş direktor və onun müavini vəzifələri ləğv edilib.
Əvəzində İdarə Heyətinin (İH) sədri və üzvü vəzifələri yaradılıb.
Beləliklə, Əfqan Quliyev “Azərpoçt”un İH-nin sədri, Sübhan Kazımov, Nazim Süleymanov, Xəyyam Əlizadə və İsi Mustafayev isə İH-nin üzvləri təyin ediliblər.
Dövlət şirkətindən faktı təsdiq ediblər. Bildirilib ki, yeni idarəetmə forması korporativ idarəetmə sisteminə keçidlə bağlıdır və proses davam edəcək.