azadses.az » Cəmiyyət » Azərbaycan-İran: Çəkicin eyni nöqtəyə vurulduğu məqamlar və problemlər

Azərbaycan-İran: Çəkicin eyni nöqtəyə vurulduğu məqamlar və problemlər

Bakı-Tehran münasibətlərində hərarət normal səviyyəyə gələn kimi İran tərəfdən başqa küləklər əsməyə başlayır. Tehranın çalışdığı özünün təşəbbüskarı olduğu Fars körfəzi-Qara dəniz dəhlizini Zəngəzur dəhlizinə rəqib kimi qoymaq və ya Azərbaycanın yaratdığı iqtisadi habı öz layihəsinə inteqrasiya etməkdir.

Azərbaycan cənub qonşusu İranla münasibətlərin bütün sahələr üzrə inkişafında və keçmişdə olanların unudulub yeni səhifələr açılmasında maraqlıdır.

Azərbaycanla İran iqtisadi prioritetlər mövzusunda ortaq maraqlar yarada bilir.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin yazısını təqdim edirik:

Azərbaycanla İranın iqtisadi müştərəkliyi:

1. Neftçalada avtomobil istehsal edən birgə müəssisə,
2. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi iki ölkənin ortaq maraqlarla çıxış etməsinə şərait yaradır,
3. Azərbaycan və İran Rəşt-Astara dəmir yolu xəttinin tikintisini müzakirə edir,
4. Azərbaycanla İran Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” su qovşaqlarının tikintisini reallaşdıracaq,
5. İran şirkətləri Qarabağdakı və Şərqi Zəngəzurdakı quruculuq işlərinə investisiya yatıracaq,
6. Azərbaycanla İranın 2022-ci ilin martında Şərqi Zəngəzurla Naxçıvanın quru əlaqəsinin təmin edilməsinə dair əldə etdiyi razılaşma Bakı-Tehran xəttindəki bəzi gərginlikləri götürən böyük faktora çevrilir.

İranın əsdirdiyi küləklər münasibətlərə xələl gətirir

Amma Bakı-Tehran əlaqələrində hərarət normal səviyyəyə gələn kimi İranın əsdirdiyi küləklər münasibətlərə xələl gətirir.

Zəngəzur dəhlizinin reallaşması iqtisadi baxımdan İrana bol fayda verər. Amma Azərbaycanın həmin dəhlizi sərhəd dəyişikliyi zəminində aparması İranın siyasi bətninə qısqanclıq toxumları səpir.

Qeyd edək ki, Azərbaycan Vətən müharibəsində Ermənistan üzərində qələbə qazanıb, İranla sərhədin 132 kilometrinə nəzarəti bərpa edib.

İran sərhəd dəyişikliyi kontekstində həmin koridorun çəkilməsini istəmir, ən azından ona görə ki, İsrailin Zəngilanda camış ferması var. İkinci bir amil isə İranın narkotrafikdə böyük bir “qara bazar”dan məhrum olmasıdır, axı Azərbaycan torpaqları işğalda olduğu müddətdə narkotacirlər üçün ən əlverişli məkana çevrilmişdi!

İranın çalışdığı özünün təşəbbüskarı olduğu Fars körfəzi-Qara dəniz dəhlizi layihəsini Zəngəzur dəhlizinin qarşısına rəqib kimi qoymaq və ya Azərbaycanın yaratdığı iqtisadi habı öz layihəsinə inteqrasiya etməkdir, amma bunun tam əksi baş verməkdədir.

Türkiyənin regiondakı təmsilçilik payı

İranın qəbul etmədiyi məsələlər sırasında Türkiyənin regiondakı təmsilçilik nisbətində payının əhəmiyyətli dərəcədə artmasıdır. Bu qısqanc baxış strateji maraq toqquşması ilə yanaşı, ideoloji köklərə də söykənir. Çünki Türkiyə dünyəvi ölkə olsa da, özünün mütərəqqi dini ideologiya sistemi var və bu sistem Cənubi Qafqaz regionuna asanlıqla ayaq açır.
Azərbaycanın hərbi qüdrətinin artması, regionda güc mərkəzinə çevrilməsi, çoxtərəfli strateji tərəfdaşlıq əlaqələri İran üçün başağrısına çevrilir və Tehran bu zaman ənənəvi qızışdırıcılıq metodologiyasına əl atır.

Təbliğat mühərriki “təmirdən” sonra işə salınır

Azərbaycan Gorus-Qafan yolunun 21 kilometrinə nəzarət edir və 2021-ci ilin sentyabrında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə qanunsuz yükdaşımalar həyata keçirən İran avtomobillərini saxlamışdı.

Həmin vaxt Azərbaycan-İran münasibətlərində gərginlik bir aydan çox davam etdi və sonra məsələlər yoluna qoyuldu. Gərginlik olan vaxtlarda Azərbaycan özünün informasiya resurslarını, hüquq-mühafizə orqanlarının gücünü səfərbər edib ölkədə İran agenturasının təkərlərini “qaraldanları” əməlli-başlı sakitləşdirdi.

İranın ideoloji çərçivələrlə Yaxın Şərqdə yaratmaq istədiyi mənzərənin təsvirini verməyə çalışaq, sonra bu siyasətin izlərini niyə Azərbaycanda da saxlamaq istədiyinə toxunaq.
İran özünü İslam Respublikası elan etdiyindən onun strateji maraqları siyasi şiəlik məzhəbi ilə uzlaşdırılır. İran Yaxın Şərqdə “şiə hilalı” yaratmağı hədəfləyir və bunun üçün bölgə dövlətlərində hakimiyyətlərə alternativ qüvvələr formalaşdırır. Həmin qüvvələri yalnız İranın dəst-xətti maraqlandırır və İslam Respublikası onların başı üzərində ideoloji çətir açır.

İran bu meyilləri Azərbaycanda da həyata keçirmək istəyib, lakin ən azı iki səbəbdən bu arzu suya düşüb:

1. Azərbaycanın əsaslı və güclü dünyəvi təməlləri, sekulyar ənənəsi, milliləşmiş dini inanc sistemi olduğuna görə, İranın buradakı fəaliyyəti fiaskoya uğradı və uğrayacaq.

2. Azərbaycan cəmiyyətindəki yad ideoloji cisimlərə qarşı müqavimət ruhunu hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatlar daha da gücləndirdi.

İran indi də Azərbaycandakı marginal qruplarının vasitəsilə ideoloji təbliğatını davam etdirir, rəsmi Bakının strateji təmkini isə heyranlıq doğurur.

Göründüyü kimi, iki qonşunun hərbi-siyasi mövzularda ulduzu barışmır və İrandakı radikal hərbi-siyasi dairələr təbliğat işığını sönməyə qoymurlar.

Başda dayananlar hökuməti də “əzə” bilir

Həmin radikal mərkəzin başında SEPAH dayanır. Bu təşkilat İran hökumətinə də təzyiq etmək gücündədir və onların uzantıları da məhz SEPAH-ın qoyduğu notlar üzrə ifa edirlər.
Fikir verək: Azərbaycanda İranpərəst mövqedə dayanan insanlar münasibətlər pisləşən zaman açılan müzakirələrdə gözdən pərdə asmaq üçün İranın prezidentlik institutunu tənqid edir. Hərçənd ki, İranda prezident müvəqqəti postdur və o, daha çox digər ölkələrlə iqtisadi münasibətlərin ruhunu təzələmək prioritetləri ilə fəaliyyət göstərir.

Biz heç zaman görə bilmərik ki, İranın ideoloji papağı altında olanlar SEPAH və ya ali rəhbərlik haqqında tənqid səsləndirsinlər, hərçənd ki, Azərbaycana qarşı oxların istiqamətini elə onlar təyin edir.

İqtisadi əsaslara söykənən münasibətlər ön planda tutulacaq

Bütün bunları ümumiləşdirsək, İranın Azərbaycandakı marginal qrupları heç bir təsir gücünə malik olmadığından, Tehranın “təmir olunmuş avtomobillə” gəzintisi növbəti uğursuzluğa düçar olacaq.

İkincisi, Azərbaycan-Türkiyə ikilisinin din-dövlət sahəsindəki əməkdaşlığı da siyasi ambisiyalarla dolu olan ideoloji axınların istiqamətini ölkəmizdən kənara çıxaracaq.

Üçüncüsü, Azərbaycanla İran iqtisadi əsaslarla münasibətlərini ön planda tutacaq, amma siyasi məsələlərdə eniş-yoxuşların qalıcılığı daimi olacaq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?