azadses.az » Cəmiyyət » Türk Standartları İnstitutunun sədri Azərbaycanda rəsmi səfərdə olub - FOTO

Türk Standartları İnstitutunun sədri Azərbaycanda rəsmi səfərdə olub - FOTO

Türk Standartları İnstitutunun (TSE) sədri Mahmut Sami Şahinin başçılıq etdiyi nümayəndə heyəti cari ilin 4-7 sentyabr tarixləri arasında Azərbaycanda rəsmi səfərdə olmuşdur.

Səfər müddətində nümayəndə heyəti Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfiri Cahit Bağcı ilə Şəhidlər xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər.


Səfər müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Dövlət Neft Şirkətinin rəhbərliyi, Dövlət Gömrük Komitəsinin Akademiyası, Dövlət Neft və Sənaye Universiteti və Texniki Universitetin rektorları, Türkiyənin Azərbaycandakı Səfirliyi və “Intersert Uyğunluk Değerlendirme Hizmetleri” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin (İNTERSERT) rəhbərliyi ilə görüşlər keçirilmişdir.

Səfər çərçivəsində Azərbaycanın uyğunluğun qiymətləndirilməsi sahəsində ixtisaslaşan “Intersert” şirkətinin direktoru Teymuraz Əsgərov ilə görüş keçirilmiş, şirkətin fəaliyyəti ilə bağlı bir sıra məsələlər haqqında fikir mübadiləsi aparılmış, qarşıda duran perspektivlər, maraq doğuran məsələlər ətrafında müzakirələr aparılmışdır. Görüşün sonunda “Intersert”in direktoru Teymuraz Əsgərov bildirmişdir ki, şirkət tərəfindən göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması istiqamətində işlər davam etdiriləcəkdir.

“Intersert” şirkəti Azərbaycanda ilk dəfə olaraq 30 iyun 2022-ci il tarixində Türkiyənin Halal Akkreditasiya Agentliyi (HAK) tərəfindən akkreditasiya olunmuş səlahiyyətli orqan qismində qeydiyyatdan keçib. Rəsmi səfər zamanı HAK akkreditasiyalı birinci halal sertifikat “AZMEAT Production” MMC-nin rəhbəri Teyyub Mirzəyevə TSE-nin sədri Mahmut Sami Şahin tərəfindən təqdim edilmişdir.

Məlumat üçün bildiririk ki, “Intersert Uyğunluk Değerlendirme Hizmetleri” Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi 9 oktyabr 2019-cu ildə Türkiyənin Standartlaşdırma İnstitutunun (TSE) təşəbbüsü ilə Türkiyənin “ICAS”, Azərbaycanın “AZESERT” və Moldovanın “ITT” şirkətləri tərəfindən yaradılmışdır. Şirkətin əsas fəaliyyət istiqamətləri məhsulların, işlərin, xidmətlərin və idarəetmə sistemlərinin sertifikatlaşdırılması və inspeksiya sahəsində xidmətlərdir.






DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Şanlıurfada yol qəzası olub, ölənlər var
  2. Lerik rayonunda zəlzələ baş verib
  3. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  4. Salyanda yay şumu qaldırılır
  5. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  7. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  8. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  9. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  10. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
"Harri Potter"in müəllifi yeni roman yazır
"Harri Potter"in müəllifi yeni roman yazır
Dünyaca məşhur britaniyalı yazıçı Coan Roulinq, gənc sehrbaz Harri Potter haqqında kitab seriyasını dünyaya bəxş edən müəllif, Ətraflı
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu