Xocalıda ermənilərin basdırdığı tələ-mina aşkar edildi - FOTO
- 23-09-2022, 11:21
- Cəmiyyət

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Erməni hərbi birləşmələri tərəfindən Xocalı rayonu istiqamətində basdırılmış Ermənistanda istehsal edilmiş piyada əleyhinə “PMN-Э” minalarından ibarət beş ədəd tələ-mina aşkar edilib.
Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.


