azadses.az » Cəmiyyət » QHT-lər Edilli məzarlığı ilə bağlı bəyanat yayıblar

QHT-lər Edilli məzarlığı ilə bağlı bəyanat yayıblar

Qeyri-hökumət təşkilatları Xocavənd rayonunun Edilli kəndində növbəti dəfə aşkar olunmuş kütləvi məzarlıqla bağlı beynəlxalq təşkilatlara ünvanlanan bəyanat yayıblar.

Bəyanatda deyilir:

“Azərbaycan cəmiyyətində böyük sarsıntı yaradan, Xocavənd rayonunun Edilli kəndində aşkar edilmiş məzarlıq regionda sayca üçüncü kütləvi məzarlıqdır. Belə ki, bu ilin fevral ayında Edilli kəndində bir kütləvi məzarlıqda 6 nəfərin cəsədi, martın 29-da Xocalı rayonunun Fərrux dağında bir kütləvi məzarlıqda 3 nəfərin cəsədi və sentyabr ayının 14-də Edilli kəndində digər bir kütləvi məzarlıqda 12 nəfərin cəsədi təsadüfi qazıntılar nəticəsində aşkar edilmişdi. Məzarlıqlarda tapılan cəsədlərin funksional vəziyyətləri onların qabaqcadan planlaşdırılmış qaydada, xüsusi qəddarlıqla öldürüldüklərini deməyə əsas verir. Bütün bu baş verənlər Ermənistan silahlı qüvvələri tərəfindən hərbi əsir və girovlarımıza qarşı qanuni çərçivədən kənar və özbaşına edamların nəticəsidir ki, bu da silahlı münaqişə zamanı tətbiq olunan humanitar hüquq normalarının və ya müharibə adət və qanunlarının pozulması ilə nəticələnən müharibə cinayətidir.

Biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri bu hadisəni qətiyyətlə pisləyir və hadisəni törədənlərin cəzalandırılmasını tələb edirik.

Birinci Qarabağ müharibəsi dövründə Azərbaycanın 20% ərazilərinin işğalı zamanı (1988-1994-cü illər) ermənilər tərəfindən əsir götürülən 4000-ə yaxın Azərbaycan vətəndaşının (hərbi qulluqçu və mülki şəxslərin) taleyindən hələ də xəbər yoxdur. Azərbaycan dövləti dəfələrlə itkin düşmüş və girov götürülmüş şəxslərlə bağlı beynəlxalq təşkilatlara müraciət etsə də, bütün beynəlxalq humanitar təşkilatlar məsələ ilə bağlı səssiz qalıb və heç birini cavablandırmayıb.

1949-cu il Cenevrə konvensiyalarına əsasən müharibə zamanı hərbi əsirlərlə davranış, eləcə də yaralı və mülki şəxslərin müdafiəsi tələbləri Ermənistan tərəfindən dəfələrlə pozulub və 2022-ci ildə aşkar edilən kütləvi məzarlıqlar da bu pozuntuların baş verdiyini sübut edən bariz nümunə olub. İndiyədək müharibə cinayətləri törədən erməni hərbiçilərinə qarşı Ermənistan hüquq mühafizə orqanları və məhkəmələri tərəfindən heç bir cəzalandırılma halına rast gəlinməyib.

Azərbaycan Respublikasının 2020-ci il Vətən müharibəsindən sonra Ermənistana həm itkin düşmüş şəxslərin taleyi, eləcə də minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi ilə bağlı müraciətləri də faktiki olaraq cavabsız qalıb. Ermənistan bütün hallarda Azərbaycanın humanist, qərəzsiz münasibətinə qeyri-adekvat münasibət bəsləmişdir. Müharibə cinayətləri törədən, yüzlərlə mülki şəxsin ölümünə səbəb olan, bir milyon insanın yaşamaq hüquqlarını pozan, onların varidatını mənimsəyən, mədəni irsini məhv edən Ermənistan adlı bir dövlətin hələ də beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməsi, azərbaycanlıların başlarına gətirilən faciələrə ikili standartlarla yanaşılması bizim həmin təşkilatların fəaliyyətinə inamımızı azaldır.

Bəyan edirik ki, Ermənistanın müharibə cinayətlərinə beynəlxalq təşkilatlar, xüsusən beynəlxalq humanitar təşkilatlar adekvat cavab verməli, törətdiyi cinayətlərə görə Ermənistanı məsuliyyətə cəlb etməli və Azərbaycanın 4000-ə yaxın itkin düşmüş vətəndaşının taleyinə aydınlıq gətirməlidirlər”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?