Sahibkarlığın İnkişafı Fonduna sədr təyin olundu
- 21-11-2022, 17:13
- Cəmiyyət

Fonddan verilən məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri ilə sözügedən vəzifə Osman Xaliyevə həvalə olunub.
O, 2020-ci ilin noyabrından İH sədrinin müşaviri, 2021-ci ilin iyunundan sədr müavini təyin olunub, eyni zamanda, ötən il avqustun sədr vəzifəsini icra edib.
Xatırladaq ki, SİF ölkə prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb.