azadses.az » Cəmiyyət » Baş redaktor Prezidentə, DTX və DİN rəhbərliyinə müraciət etdi: “Həyatım təhlükədədir…”

Baş redaktor Prezidentə, DTX və DİN rəhbərliyinə müraciət etdi: “Həyatım təhlükədədir…”

Azad Səs xəbər verir ki, RealMedia.az” saytının baş redaktoru Ramin Məhəmmədoğlu özünün və ailə üzvlərinin həyatının təhlükə altında olduğunu iddia edir. Baş redaktorun iddiasına görə “Veteks-2017” MMC-nin sahibi Vüqar Aslanov və onunla bir masada əyləşən komandası ondan qeyri-sivil yolla qisas almaq planlarını  götür-qoy edirlər.
Bütün bunlardan narahatçılıq keçirdən sayt rəhbəri Prezident İlham Əliyevə, DTX-nin rəisi cənab Əli Nağıyevə və DİN-i cənab Vilayət Eyvazova müraciət edərək, özünün və ailə üzvlərinin təhlükəsizliyinin qorunmasını xahiş edib.
Azad Səs olaraq baş redaktorun müraciətini təqdim edirik:
 
“Möhtərəm Prezident!
Milli mətbuatımızın 145 illiyinin yüksək səviyyədə keçirilməsi barədə imzaladığınız Sərəncam bir daha sübut etdi ki, hətta dövlətimizin imkanlarının Covid-19 pandemiyasının yayılmasının, digər yandan, cəbhədə düşmənin təxribat cəhdlərinin qarşısının alınmasına yönəldiyi hazırki kritik məqamda belə tərəqqipərvər kütləvi informasiya vasitələrinin və onların saf düşüncəli, peşəkarlığı ilə seçilən əməkdaşlarının qayğılarını unutmursunuz və mətbuatın problemlərinin həllini daim yüksək diqətiniz mərkəzində saxlayırsınız. Tərəqqipərvər jurnalislərin mənzil şəraitinin yaxşılaşdırılması, onların mükafatlandıırılması, fəxri adlara, təqaüdlərə, orden və medallara layiq görülməsi ondan ötrüdür ki, həqiqəti yazsınlar, doğrunu danışsınlar. Deməli, media mənsublarının həqiqəti yazan qələmlərini sındırmağa, haqqı deyən dilini susdurmağa yönəlik hər hansı cəhdlərin də qarşısının alınması dövlətimizin maraqları dairəsindədir.
Uzun illərdir Beyləqanda təmir-tikinti işlərini həyata keçirən, nizamnamə kapitalı cəmi 10 manat olan, bununla belə Beyləqanda abadlıq-quruculuq işlərini, eləcə də çoxmənzilli yaşayış binalarının əsaslı və cari təmirini yerinə yetirəcək icraçıların seçilməsi üçün keçirilən tenderlərdə bir qayda olaraq mütləq qalib elan olunan   “VETEKS-2017” MMC-nin təsisçisi Vüqar Aslanovun Beyləqanda 36 mənzillik binanın tikilib başa çatması üçün Prezidentin Ehtiyat Fondundan ayırılan 2 milyon manat vəsaiti yetərsiz hesab etməsinə, həmçinin həmin binanın tikintisində daha əvvəl sökülmüş uşaq bağçasının köhnə, yararsız inşaat materiallarından istifadə olunmasına münasibətimizi ifadə edən tənqidi yazılarımız baş redaktoru olduğum “Realmedia.az” saytında dərc olunandan və şirkətin 2016-cı ildən indiyədək ötən dövr ərzində fəaliyyətinin yoxlanılması barədə baş prokurora müraciətimizdən sonra “Veteks-2017” MMC –nin sahibi Vüqar Aslanov bütün imkanlarını səfərbər edərək, mənə qarşı məkrli planlar hazırlayır.
Hələ bir müddət öncə “Veteks-2017” MMC Beyləqan şəhərində çoxmənzilli yaşayış binalarının əsaslı və cari təmirinə 2017-ci ildə ayırdığı 725,0 min, 2018-ci ildə isə 800 min manatdan artıq büdcə vəsaitini qeyri-qəsmi yolla ələ keçirərək, təyinatı üzrə deyil, formal rəqəmlərlə silərək mənimsəməsi haqda müfəssəl məlumatlar əldə etmişdik ki, həmin məlumatlarında araşdırılması məqsədi ilə Azərbaycan Respublikasını Baş Prokurorluğuna rəsmi müraciət etmişdik. Mətbu fəaliyyətimdən dolayı apardığım jurnalist araşdırması zamanı əldə etdiyim məlumatlarda həmçinin bildirilirdi ki, binaları balansda saxlayan Mənzil İstismar (JEK) Sahəsinin sərəncamına verilməli olan həmin 725,0 min manat vəsaitin təyinatı dəyişirilərək, heç bir iş görülmədən mənimsənilib. İddia edilirdi ki, təmirinə kifayət qədər böyük pul vəsaiti yönəldilən binalar realda ya mövcud deyil, ya da “pulyeyən” ölçüləri kağız üzərində həddən ziyadə “şişirdilib”. Vəsaitin “təyinatı üzrə və səmərəli” xərcləndiyi haqda Prezidentə yalan məlumat verilmişdir. Bu haqda hələ əvvəllər, 16 mart 2019-cu il tarixində qeyd olunan dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı araşdırmalar aparılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə rəsmi müraciət etmişdik. Müraciətimizlə bağlı Beyləqan rayon Mənzil İstismar Sahəsinin müdiri (indi sabiq müdiri) Telman Sarıyevin Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə (KQMBİ) dəvət olunduğu məlum olsa da, lakin  “Veteks-2017” MMC-nin sahibi (təsisçisi) Vüqar Aslanov KQMBİ-yə çağırılmamışdır.
Bu günlərdə isə yenidən bu mövzuya qayıtmağım və eləcə də Azərbaycan Respublikasının Baş prokuroruna etdiyim (“Veteks-2017”MMC-nin 2016-cı ildən bu günə qədərki fəaliyyətinin Baş Prokurorluq tərəfindən təşviş edilməsini)  növbəti müraciətim “Veteks-2017” MMC-nin sahibini və onunla bir masa arxasında əyləşən bəzi şəxsləri hərəkətə gətirib. Və əldə etmişəm ki, müəssisənin sahibi Vüqar Aslanov məndən qısas almaq üçün məkrli planlara əl atıb.
Artıq bu günlərdə mənə belə bir məlumat daxil olub ki, hazırda Beyləqan rayonunda inşa olunan 36 mənzillik yaşayış binasını tikintisini həyata keçirən “Veteks-2017” MMC-nin sahibi Vüqar Aslanov və onunla bir masada əyləşən komandası məndən qeyri-sivil yolla qisas almaq planlarını  götür-qoy edirlər. Mənə qarşı  sui-qəsd planı hazırlayırlar. Vüqar Aslanov təsisçisi olduğu “Veteks-2017” MMC-nin barəsində baş prokurorluğa etdiyim müraciətdən dolayı məndən qısas almaq üçün avtoqəza vasitəsi ilə və həyatıma təhlükə yaradacaq digər puskular hazırlayaraq, məni “zərəsizləşdirmək” istəyir.
Məsələnin bu vəziyyətə gəlib çıxması məni narahat edir. Təkcə öz həyatımın təhlükədə olduğuna görə deyi, həm də Beyləqanda yaşayan ailə üzvlərimin həyatının təhlükədə olduğunu düşünürəm.
Odur ki, Sizdən mənim özümün və  Beyləqanda yaşayan ailə üzvlərimin təklükəsizliyinin təmin olunmasına köməklik göstərməyinizi xahiş edirəm.
Hörmətlə, RealMedia.az saytının baş redaktoru Ramin Məhəmmədoğlu”
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  2. Nizami rayonunda motosiklet piyadanı vurub
  3. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  6. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  7. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  8. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
  9. Qobustanda zəlzələ olub
  10. Bakıda yol qəzası olub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?