Azərbaycanın xarici ticarətində yarım milyard dollarlıq müsbət saldo yaranıb
- 15-02-2023, 12:27
- Cəmiyyət
Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 289,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu, 2022-ci ilin eyni dövrünə nisbətən 19% azdır.
İllik xarici ticarət dövriyyəsinin 1 milyard 876,8 milyon ABŞ dolları ixracın, 1 milyard 412,7 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac 39,2% az, idxal isə 44,9% artıb.
Son nəticədə xarici ticarətdə 464 milyon ABŞ dolları həcmində müsbət saldo yaranıb. Bu, illik müqayisədə 4,6 dəfə azdır.