azadses.az » Cəmiyyət » Pandemiyadan zərər çəkmiş sahibkarlara Azərbaycan Beynəlxalq Bankından güzəştli kredit

Pandemiyadan zərər çəkmiş sahibkarlara Azərbaycan Beynəlxalq Bankından güzəştli kredit


















COVID-19 pandemiyasının ölkə iqtisadiyyatına ziyanlı təsirlərinin minimallaşdırılması məqsədilə həyata keçirilən dövlət dəstəyi tədbirlərində Azərbaycan Beynəlxalq Bankı da yaxından iştirak edir.
“Qafqazinfo” xəbər verir ki, Bank Sahibkarlığın İnkişafı Fondu ilə birgə sahibkarlara güzəştli kreditlərin verilməsinə başlayıb. İş adamları indi biznes kreditlərini Azərbaycan Beynəlxalq  Bankından daha aşağı faizlərlə əldə edə bilərlər. Belə ki, 36 ayadək verilən kreditlərin faizi 7.5%-ə endirilib. Bu kreditlər sahibkarlara subsidiya edilmiş faiz dərəcələri və dövlət zəmanəti ilə verilir.
Biznesə dövlət dəstəyi proqramı çərçivəsində sahibkarlara sürətli və ənənəvi olmaqla iki növ kredit təklif edilir. Sürətli kreditin məbləği 200 min manata, ənənəvi kreditin məbləği isə 3 milyon manata qədərdir.
Dövlət zəmanəti ilə verilən krediti əldə etmək istəyən sahibkar Elektron Kredit Platformasına zəruri məlumatları daxil edərək müvəkkil bankı seçir. Biznes-planına uyğun şəkildə kredit məbləğini qeyd etməklə müraciətini təsdiqləyir. Sürətli kredit üçün müraciət  etmiş sahibkarın müraciətinə Bankda maksimum 7 iş günü, ənənəvi kredit üzrə müraciətlərə isə 10 iş günü ərzində baxılır. 
Subsidiya edilmiş faiz dərəcələri və dövlət zəmanəti ilə verilən kreditlərin məqsədinə uyğun olaraq bu kreditlərdən yalnız pandemiyadan ziyan çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlar faydalana bilərlər.
Bu kreditlərdən istifadə qaydalarının sahibkarlara ətraflı izahı üçün avqustun 7-də, Azərbaycan Beynəlxalq Bankının Sahibkarlar Klubunun üzvləri üçün vebinar keçirilib. Vebinarda Bankın və Sahibkarlığın İnkişafı Fondunun nümayəndələri bununla bağlı sahibkarları maraqlandıran məqamlara aydınlıq gətiriblər. 
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?