azadses.az » Cəmiyyət » Həkim-cərrah: “Bu gün hər 10 uşaqdan 3-də skolioz əlamətləri müşahidə edilir”

Həkim-cərrah: “Bu gün hər 10 uşaqdan 3-də skolioz əlamətləri müşahidə edilir”

"Uşaqlar arasında skolioz halları artıb. Hər il bu problemlə üzləşən uşaqların sayında yüksəliş müşahidə olunur. Demək olar ki, hər 10 uşaqdan 3-də qamət əyriliyi və skolioz əlaməti var".

"Report" xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 5 nömrəli Uşaq Poliklinikasının həkim-cərrahı Günel Acalova deyib.

Onun sözlərinə görə, uşaqların sürətli boy artımı dövründə valideynlər çox diqqətli olmalı, skolioza aid istənilən şübhə yarandığı zaman həkimə müraciət etməlidirlər: “Skolioz etioloji faktora görə həm anadangəlmə, həm də sonradan qazanılan əsas 2 növə bölünür. Anadangəlmə skolioz adətən onurğa sütununun və qabırğaların anadangəlmə anomaliyaları və digər bir sıra səbəblərdən yarana bilər. Qazanılan skolioz isə müxtəlif səbəblərdən yaranır. Anadangəlmə çanaq oynağının çıxığı, diz və bud-çanaq oynağında kontrakturalar və bu qəbildən olan səbəblərdən yarana bilər. Bundan əlavə, uşaqlarda idiopatik skolioza da çox rast gəlinir. Skolioz onurğa sütununun frontal (yana əyilmə) səthdə davamlı olaraq əyilməsidir. Bu, əsasən, uşaqlarda erkən yaşlarda başlayır, məktəb dövründə isə bir qədər də inkişaf edir.

Həkim G.Acalova bildirir ki, skolioz ən çox sürətli boyatma dövründə və məktəb yaşlı uşaqlarda müşahidə edilir. Bu, qızlarda 11-13, oğlanlarda isə 14-16 yaşı əhatə edir: “Skoliozu müayinə etmək üçün həm kliniki, həm də rentgenoloji metodlardan istifadə edilir. Kliniki olaraq müayinə zamanı onurğa sütununa və uşağa öndən, yandan və arxadan baxılır. Öndən baxış zamanı uşaqlarda qamətin əyilməsi, həmçinin, körpücük sümüyünün, baş və üzün assimmetriyası, döş qəfəsinin deformasiyası, göbəyin orta xətdən bir qədər kənara çıxması kimi hallar müşahidə edilir. Arxa hissədən baxdıqda əsasən, kürək sümüklərində assimmetriya, fəqərələrin çıxıntılarındakı deformasiyaları görmək olar. Yandan baxdıqda isə kifozun daha qabarıq olduğu görünür. Dəqiq diaqnoz qoyulması üçün rentgenoloji müayinələr aparılır. Bu zaman uşaqlarda ayaqüstü ön və arxa proyeksiyada, uzanıqlı vəziyyətdə rentgen çəkilir. Bununla da skoliozun 4 dərəcəsi müəyyənləşdirilir”.

Mütəxəssis vurğulayıb ki, skolioz zamanı dörd əyilmə dərəcəsi yaranır: "Birinci halda 10, ikincidə 25, üçüncüdə 40, dördüncü halda 40 dərəcədən yuxarı deformasiya müşahidə edilir. Uşaqlarda skoliozun müalicəsi əsasən, konservativ və bəzən də cərrahi yolla aparılır. Konservativ müalicə zamanı birinci və ikinci dərəcə skolioz olan uşaqlara ağır əşyaları götürmək tövsiyə edilmir, düzgün hərəkət və yataq rejimi təyin olunur. Eyni zamanda bu cür proqressivləşmiş skoliozlarda uşaqlara müalicəvi bədən tərbiyəsi, masaj kursları, üzgüçülük və elektrostimulyasiya ampilpus aparatı təyin edilir. Üçüncü və dördüncü dərəcəli skoliozlarda isə artıq cərrahi əməliyyatlara ehtiyac yaranır. Təxminən 10-14 yaşa qədər xəstənin cərrahi əməliyyata məruz qalması məsələsi dəqiq müəyyənləşməlidir. 17-18 yaş ərzində isə əməliyyat icra edilməlidir. Bu səbəbdən də hər bir valideyn bu mövzuda diqqətli olmalıdır. Zamanında addım atılmalıdır. Uşaqlarda kürək, körpücük sümüklərində assimmetriya, döş qəfəsində deformasiya, oma-qalça nahiyəsində deformasiya müşahidə edilərsə, mütləq həkimə müraciət edilməli, zamanında lazımi tədbirlər görülməlidir”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?