azadses.az » Cəmiyyət » Gecə-gündüz sağlamlıq keşiyində dayananlar - Hərbi hospitaldan REPORTAJ

Gecə-gündüz sağlamlıq keşiyində dayananlar - Hərbi hospitaldan REPORTAJ

Həyatın ən vacib və qarşılıq gözləməyən qəhrəmanları həmişə həkimlərdir. Həkimlərin yeganə məqsədi insan həyatını xilas etmək və xəstə insanların ən dəqiq müalicə üsulları ilə ən qısa müddətdə sağlamlığına qovuşmasını təmin etməkdir. Sağlam cəmiyyət, yeni nəslin gələcəyi naminə fəaliyyətini davam etdirən həkimlər üçün nə qədər xoş sözlər deyilsə də, yazılsa da, həmişə az olacaq. Bəli, bu gün onların günüdür.

Tibb İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar Müdafiə Nazirliyinin təşkilatçılığı ilə dislokasiya olunmuş bölgələrdə yaradılmış hərbi hospitallardan birinə jurnalistlərin səfəri baş tutub.

“Report” sözügedən səfərdən reportajı təqdim edir.

Üçmərtəbəli binadan ibarət xəstəxana ən müasir avadanlıqlarla təchiz olunub və ətraf rayonlardan xəstələr müalicə olunmaq üçün bura gətirilir. 250 çarpayılıq xəstəxanada fizioterapiya və reabilitasiya, oftalmologiya, stomatologiya, dermatologiya, cərrahiyyə, laboratoriya, reanimasiya, təcili tibbi yardım kimi bölmələr fəaliyyət göstərir.

2019-cu ildə, yəni işğal dövründə ginekoloji mərkəz kimi fəaliyyət göstərdiyi deyilən xəstəxana həmin vaxtlar köhnə, sovet dövründən qalmış avadanlıqlarla təchiz olunubmuş. Həkimlər Azərbaycan dövlətinin qısa müddətdə bu cür gözəl yerlərə yaraşan xəstəxananı yenidən qurduğunu və bu binanın sıfırdan təmir edildiyini, müasir avadanlıqlarla təchiz olunduğunu qürurla qeyd edirlər.

Tibb xidməti polkovniki, hərbi hospitalın rəisi İlqar Əliyevlə xəstəxananın fəaliyyəti barədə qısa söhbət aparırıq, bizə tibb ocağının işğaldan azad olunmuş ərazilərdə qurulmuş ən böyük hərbi hospital olduğunu deyir:

“Xəstəxanaya mina partlayışları, havaların isinməsi ilə bağlı dəri-zöhrəvi xəstəliklərdən əziyyət çəkən xəstələr, həmçinin ilan sancmaları, güllə yaraları ilə əlaqədar müraciətlər daxil olur. Bu xəstəliklərin müalicəsi və təcili tibbi yardım üçün xəstəxanada lazımı avadanlıqlar, eyni zamanda tibbi personal və dərman çeşidliliyi mövcuddur”.

Tibb xidməti polkovniki hazırda daha çox ilan sancmaları və istivurma ilə bağlı müraciətlərin olduğunu deyir:

“Bizim hospital hərbçilərimizin tibbi ehtiyaclarını tamamilə ödəyə bilir. Xəstələrin daşınması üçün həm hərbi hissələrdə, həm də xəstəxananın özündə sanitar maşınlar var”-, o qeyd edib.

İ. Əliyev vurğulayıb ki, burada işləmək üçün fədakarlıq lazımdır: “Bəzən iş o qədər çox olur ki, bir tibb işçisi iki nəfərin yerinə çalışmasa iş getmir”.

Bu ilin aprel ayında tərxis olduğunu deyən İlhamə Bəylərova xəstəxanada laborant kimi fəaliyyət göstərir:

“İşğaldan azad olunmuş ərazilərə ezam olunmuş ilk xanımlardanam. Dövlətimizə xəstəxanada bu cür şərait yaratdığı üçün təşəkkür edirəm”.

Tibb xidməti baş leytenantı, terapiya şöbəsinin koordinator həkimi Nuriddin Həsənov xəstələrin terapevtik sahədə stasionar müalicəsini apardığını deyir: “Hazırda mövsümlə əlaqədar xəstə sayı azalıb, gün ərzində 20-30 nəfər arasında dəyişir, bəzənsə 40-45 nəfərə qədər çatır. Hazırda şöbəmizdə anemiya-qan azlığından, ağciyərdən, mədə xəstəliklərindən əziyyət çəkən pasiyentlərimiz də var”.

Həkim xəstəxanada diaqnostik cəhətdən bir qədər darlıq olsa da, əksər müalicə və müayinələrin aparıla bildiyini deyir.

Əsgər Əli İsmayılov mədəsində səpgilərlə bağlı bu xəstəxanada müalicə aldığını deyir:

“5 gündür ki, müalicə alıram və artıq sağalmağa doğru gedirəm. Həkimlərimizə göstərdiyi köməkliyə görə minnətdaram”.

Əsgər Vüqar Rəsulzadə göbələk xəstəliyi ilə əlaqədar xəstəxanaya müraciət etdiyini deyir:

“10 gündür ki, müalicə alıram və hazırda özümü yaxşı hiss edirəm. Həkimlər 3-4 gün içərisində sağalacağımı deyirlər. Göstərdikləri qayğı və səbrə görə bütün tibbi personala təşəkkür edirəm”.

Əsgər Emil Əzizov da göbələk xəstəliyindən əziyyət çəkdiyini bildirir:

“15 gündür ki, müalicə alıram və demək olar ki, sağalmışam”.

Xəstəxanadan xoş təəssüratlarla ayrılırıq. Azərbaycan 44 günlük Vətən müharibəsindən keçən qısa müddət ərzində işğaldan azad olunmuş ərazilərdə gördüyü işlərlə bir çox ölkələrlə yanaşı, hətta erməniləri də təəccübləndirməyi bacarıb. Bu ərazilərə səfər zamanı çəkilən yollar, tikilən evlər, məktəblər, ümumiyyətlə yenidən qurulan infrastruktur barədə danışmışıq. Bu gün isə tibb sahəsində görülən işlər və ən müasir avadanlıqlarla təchiz olunmuş xəstəxana barədə danışdıq.

Biz isə öz növbəmizdə peşə bayramı münasibəti ilə insanların sağlamlığının keşiyində gecə-gündüz dayanmış bütün tibb işçilərini təbrik edir, onlara şərəfli və məsuliyyətli işlərində böyük müvəffəqiyyətlər arzulayırıq. Ümid yeri olmaq, xəstələrə şəfa vermək xeyirxah olduğu qədər də gərəkli və müqəddəs işdir. Bu şərəfli işdə əliniz, qolunuz yorulmasın.

Bayramınız mübarək olsun!
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Argentinada 6 maqnitudalı zəlzələ olub
  2. Şanlıurfada yol qəzası olub, ölənlər var
  3. Lerik rayonunda zəlzələ baş verib
  4. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  5. Salyanda yay şumu qaldırılır
  6. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  8. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  9. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  10. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) peşəkar mühasib sertifikatı (PMS) imtahanının I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
Dövlət qulluğunda inzibati vəzifələrə qəbul imtahanı keçiriləcək
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu