azadses.az » Cəmiyyət » Qazanılmadan xərclənən pullar - bu cür tendensiya təhlükəlidirmi?

Qazanılmadan xərclənən pullar - bu cür tendensiya təhlükəlidirmi?

Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da kredit kartlarından istifadə getdikcə genişlənir.

Bu gün ölkədə işləyən insanların çoxu qazanmadığı pulları xərcləyir.

Yəni, vətəndaşlarımız onlara ayrılmış kredit xətləri ilə alış-veriş edir, maaş alanda həmin məbləği yerinə qoysa da, çox vaxt elə növbəti gün yenidən borclanmağa başlayır. Bəs bu cür tendendiya təhlükəlidirmi? "Report" iqtisadçı-ekspertlərlə bu suala cavab tapmağa çalışıb.

Onlardan biri - Əkrəm Həsənov hesab edir ki, insanların qazanmadığı pulları xərcləməsi yaxşı tendensiya deyil: "Doğrudur, bu cür xərcləmələr bütün dünyada var, amma hər halda arzu olunan vəziyyət deyil. İnsan ayağını yorğanına görə uzatmalıdır ki, həddindən çox borclanmasın. Qazanılmayan pulların xərclənməsi ehtiyacdan çox vətəndaşların maliyyə savadının olmamasından irəli gəlir. Bu cür vəziyyət də banklara sərf edir. Pulu vaxtında yerinə qoymaq mümkün olmadıqda onun üzərinə faiz gəlir, borc şişir. Hesab edirəm ki, banklar insanları həddindən yükləməməlidir. Çünki vətəndaşlara nə qədər kredit xətti təklif etsələr o qədər də götürürlər".

Digər ekspert Xalid Kərimli isə deyir ki, Azərbaycanda qazanılmayan pulların xərclənməsi tendensiyası hələ ki, digər, əsasən inkişaf etmiş ölkələrlə müqayisədə zəifdir, amma bu tendensiyanın güclənməsinə imkan vermək olmaz: "Yaranmış vəziyyətdən həm real, həm də maliyyə sektoru yararlansa da, insanların ehtiyatlı davranması da təşviq edilməlidir. Vətəndaşlar gəlirlərinə uyğun hərəkət etməyəndə tədricən maliyyə sektoru üçün də problem yaradırlar. Müsbət haldır ki, Azərbaycan Mərkəzi Bankı insanların həddindən çox borclanmasına imkan vermir. Banklar kredit verəndə və yaxud kredit xətti açanda aylıq ödənişin aylıq gəlirə nisbətini nəzərə almalı olurlar".

İqtisadçı-ekspert Rəşad Həsənov da qazanılmayan pulların xərclənməsinə normal yanaşmır. Onun sözlərinə görə, bu cür xərcləmələr ölkədə iqtisadi aktivliyin artmasına təsir edə bilər, amma gələcək riskləri də nəzərə almaq lazımdır: "Doğrudur, gələn ay alınacaq maaşın bu ay xərclənməsi istehsalın dəyər zəncirinin digər halqalarında fəaliyyətin aktivləşməsinə, sonucda məcmu tələbin artmasına, gözlənilən ressesiyanın təsirlərinin daha zəif olmasına və yaxud stoqnasiyadan daha tez çıxılmasına şərait yarada bilər. Amma burada həm vətəndaşlar, həm də banklar üçün risklər də var. İqtisadi böhran dövründə insanlar işsiz qalanda öz borclarını ödəyə bilmirlər, faizlər hesabına getdikcə daha çox borclanırlar, banklar isə likvidlik problemi ilə üzləşirlər. Belə hallarla üzləşməmək üçün kreditləşmə siyasəti maksimum ehtiyatlı həyata keçirilməlidir".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib