azadses.az » Cəmiyyət » Sahib Ələkbərov: "Süni intellektin geniş tətbiqi bu sahəyə diqqəti artırmağı tələb edir"

Sahib Ələkbərov: "Süni intellektin geniş tətbiqi bu sahəyə diqqəti artırmağı tələb edir"

Gələcəkdə süni intellekt texnologiyalarının geniş tətbiqi bu sahəyə diqqətin artırılmasını tələb edir, yeni təfəkkürə malik mütəxəssislərin yetişdirilməsini və etik standartların müəyyənləşdirilməsini zəruri edir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Bakıda keçirilən “Milli iqtisadiyyatda 4-cü sənaye inqilabı texnologiyalarının tətbiqi”nə həsr olunmuş “Yeni nəsil iqtisadiyyatda Süni intellekt: çağırışlar və imkanlar” mövzusunda tədbirdə bildirib.

O qeyd edib ki, texnologiyanın sürətli inkişafı və qabaqcıl GPT modellərinin yaranması satınalmalar üçün standartların yaradılmasına böyük ehtiyac doğurur:" Bu sahədə yeni qaydaların və prosedurların hazırlanması da çox vacibdir. Müəssisələr daxilində satınalma prosesini daha səmərəli təşkil etmək üçün rəhbər heyət təşkilatın Süni İntellekt strategiyasının vahid planını müəyyənləşdirməlidir".

Bundan başqa, nazir müavini bildirib ki, 2022-ci ildə dünyada süni intellekt bazarının dəyəri 136 milyard ABŞ dolları qiymətləndirilib və 2023-cü ildən 2030-cu ilə qədər bu rəqəmin ildə 37,3 % böyüyəcəyi gözlənilir: "Dünya İqtisadi Forumunun Süni intellekt əsaslı həllərin satınalmaları zamanı istifadəsini tövsiyə etdiyi Təlimatlar ekosistemin formalaşdırılması istiqamətində önəmli addımlardan biri kimi qiymətləndirilə bilər və onlar süni intellekt həllərini satın almaq istəyən qurumlara faydalı çərçivə təmin edə, əlavə olaraq növbəti mərhələlərdə sözügedən proseslərdə standartların formalaşdırılmasına və bu sahədə tənzimləyici nəzarəti həyata keçirən dövlət qurumlarının fəaliyyətinə də önəmli töhfə verə bilər. İstər dövlət qurumlarının, istərsə də özəl müəssisə və təşkilatların fəaliyyətlərində səmərəliliyin təmin edilməsi və ya artırılması üçün süni intellekt, əşyaların interneti, blokçeyn, avtonom robotlar və s. kimi 4Sİ texnologiyaları əsaslı həllər tələb olunur. Bu kimi həllərin təchizatı, satınalınması, istifadəsi və yayılması isə müvafiq ekosistemin formalaşdırılmasını tələb edir ki, fiziki və virtual infrastruktur, o cümlədən qanunvericilik, standartlar və etik çərçivələr bu ekosistemin komponentləridir".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?