azadses.az » Cəmiyyət » Mənsimov yolu – erməni ilə qurulan biznes - ŞƏRH

Mənsimov yolu – erməni ilə qurulan biznes - ŞƏRH

İş adamı "Palmali" şirkətinin rəhbəri Mübariz Mənsimov - etiraf edək ki, onun qədər şübhəli və gizli fəaliyyətlərdə adı keçən ikinci bir şəxsə çətin rast gəlinsin.

İndiyə kimi adı çirkli pulların yuyulmasından tutmuş, bir çox şübhəli əməliyyatlarda keçib. “Fəaliyyət” növü o qədər genişdir ki, sadəcə sayıb-qurtarmaq mümkün də deyil. Bu müddət ərzində də milyonlar toplamaqla yanaşı, ən ağır ittihamlarla həbsdə də yatıb. Türkiyədə dövlət çevrilişi törətməkdə ittiham olunaraq həbs olunduqdan sonra bir müddət xəlvətə çəkilən “aşbaz” (Əfqanıstanda xidmət etməsi ilə qürur duyan bu şəxs əslində orada aşpazlıq edib - müəllif) ləqəbli Mənsimovun biznesində qaranlıq məqamlardan biri də onun ermənilərlə iş birliyi qurmasıdır. Qaranlıq və şübhəli bizneslə məşğul olanların əsas devizi olan “Biznesmen üçün ən müqəddəs şey puldur” prinsipi ilə hərəkət edən Mənsimov bütün fəaliyyətini bu prinsip üzərində qurub. İşinin keçməsi üçün bütün millətlərin nümayəndələri ilə iş qurmaq onun həyat devizi olub. Özünü illər boyu cəmiyyətə vətənpərvər, millətini sevən biri kimi qələmə verməyə çalışsa da, əslində heç də belə deyil. Vaxtilə əldə etdiyi milyonlar, milyardların qazanılmasında türk və Azərbaycan düşməni olan şəxslərlə işbirliyini əsas xətt kimi seçib.

Maraqlıdır ki, Mənsimov bir dəfə də olsun nə bu işbirliyinə toxunub, nə də söz açıb. Söhbət Mənsimovun adı iş dünyasında mafiya rəhbəri kimi tanınan Levon Termendzhyanla əməkdaşlığından gedir. Bu şəxslə birlikdə 2016-cı ildə "Palmali USA LLC" gəmi şirkətini yaradıb. İllər uzunu da bu şəxslə ortaq olan Mənsimov bilməmiş deyil ki, bu iş adamı erməni lobbisi ilə sıx əməkdaşlıq edib, onların büdcəsinə milyonlar ödəyib. Həmin maliyyə də sonradan Türkiyə və Azərbaycan əleyhinə fəaliyyətə sərf olunub. Mənsimov deyə bilər ki, bundan xəbəri olmayıb. Amma bu nə qədər inandırıcıdır? Təbii ki, heç cür. Elə tək bu fakt onun Türkiyədən qovulması üçün səbəb kimi götürülə bilər.

Qeyd edək ki, FETÖ terror təşkilatı ilə əməkdaşlıq yaratması səbəbindən barəsində beş il həbs cəzası verilən Mübariz Mənsimovun şəriki ABŞ-də çirkli pulların yuyulması və dələduzluq ittihamı ilə uzunmüddətli həbs cəzasına məhkum edilib. ABŞ-da Mənsimovun şəriki federal büdcədən aldığı pulu saxta sənədlərlə hesabına keçirib. Ortaqları ilə birlikdə cinayətkar şəbəkə quran erməni mafiya başçısı ölkə tarixinin ən böyük vergi fırıldaqçılıqlarından birini həyata keçirib. ABŞ-nin Ədliyyə Nazirliyinin məlumatına görə, Termendzhyan 2010-cu ildən 2018-ci ilə qədər Kinqston ailəsi ilə birlikdə fırıldaqçılıqla ABŞ-yə 1 milyard dollardan çox zərər vurub. Heç şübhəsiz ki, Mənsimovun şərikinin bu çirkin fəaliyyətindən xəbəri olub. Hətta deyərdik ki, şəriki Ermənistanın Azərbaycana qarşı işğal siyasətində aktiv maliyyə yardımı göstərib. Tək bu fakt Mənsimov üçün müqəddəs heç nəyin olmadığını göstərir. Eləcə də, Levonun oğlu Corc şahid qismində ABŞ-ın Solt-Leyk Siti Federal Məhkəməsində davam edən məhkəmə davasında "Palmali Holding"in rəhbəri Mübariz Mənsimovla bağlı belə demişdi: "Mübariz Mənsimov bizim ən yaxın partnyorlarımızdan biri olub. 2016-cı ildə atam Levonun təlimatı ilə ABŞ-ın Kaliforniya ştatında "Palmali USA LLC" adında şirkət qurduq. Şirkət həm də yerli vergi idarəsində rəsmi qeydiyyatdan keçdi. İndi Mübariz Mənsimov nədənsə bunları inkar edir". Məhkəmə prosesində Corc həm də əmisi ilə ortaq işbirliyində olan əlaqələrə toxunaraq, bir daha ifadə verərək özünün də çalışdığı "Palmali USA LLC" şirkətinin qurulmasında atası Levonla Mübariz Mənsimovun ortaq olması faktını canlı şahid kimi təsdiq edib.

Yeri gəlmişkən, şübhəli biznes fəaliyyətinə son qoyulan Mənsimov tək ermənilərlə deyil, Ermənistanı dəstəkləyən İranla yaxın əlaqələri olduğu da məlumdur. Mübariz Mənsimov bu informasiyanın da üstündən keçib getməyə çalışır. Halbuki, onun erməni şəriki bunu təkzib etmir. Mənsimov erməni əsilli mafiya lideri ilə yanaşı, çirkli pulların yuyulmasına görə ABŞ tərəfindən axtarılan, Avstriyada bu yaxınlarda həbs olunan Sezgin Baran Korkmaz kimi şəxslərlə də yaxın işbirliyi içərisində olub. Habelə Rusiyanın "Sberbank" bankı, "Lukoil" şirkəti kimi xarici şirkətləri, o cümlədən yerli şirkətlərin zərərlə üzləşməsinə səbəb olan saxtakarlıqlar edib.

Xatırladaq ki, 2018-ci ildə isə Rusiyanın Rostov əyalətinin Arbitraj məhkəməsi "Palmali" şirkətini müflis elan edib. Şirkət isə 2020-ci ilin mayında açıqlama yayaraq, "Palmali Holding" müflis elan edilməsiylə bağlı xəbərləri təkzib etmişdi. FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilərək saxlanılıb 5 il müddətinə cəza alaraq məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb.

Beləliklə, illərdir özünü mesenat, xeyriyyəçi kimi qələmə verməyə çalışan Mənsimovun biznesi sağlam əsaslara söykənmir. “Azərbaycan sevdalısı” kimi özünü cəmiyyətə sırımağa çalışan Mənsimovun ermənilər və fəaliyyəti şübhə doğuran şəxslərlə əməkdaşlığı onu deməyə əsas verir ki, bu şəxs üçün biznes maraqları önəmlidir. "Şirkətimdə üçüncü nəsil erməni olsa, dərhal onu qovaram" deyən Mənsimov erməni mafiya başçısı ilə sübuta yetirilən əlaqəsi onun əsl mahiyyətini ortaya qoyur.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?