azadses.az » Cəmiyyət » “Kəramətlə ciddi danışmalıyıq” - Mirşahindən yazıçıya SƏRT SÖZLƏR

“Kəramətlə ciddi danışmalıyıq” - Mirşahindən yazıçıya SƏRT SÖZLƏR

“Bu gün təhlükəli tendensiyalar yaranır. Fərqli görünmək təşəbbüsü belə cinayətə yaxınlaşmış ola bilirik. Məsələn istedadlı yazıçı, həmişə fərqlənməyə çalışan, amma artıq bunu edərkən təhlükəlicəsinə ifrata varan, müqəddəs prinsiplərə, ali dəyərlərə keçilməməli, xətlərə toxunan Kəramət Böyükçöllə, məncə, ciddi danışmalıyıq”.
Azad Səs KONKRET.az-a istinadən xəbər verir ki, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev deyib.
O bildirib ki, yazıçının düşüncələri antivətən, anti dövlət xəttinə yaxınlaşıb:
 
“Yazıçı Kəramət Böyükçöl deyir:
“Bax, balaca uşaqdır, barış. Mən məsəlçün bir bu cür zülümlə, əziyyətlə övlad böyüdürük, sevirik və gəlir, gəlir 18 yaşına çatanda məlum olur ki, sən demə bunun vətənə borcu varmış… Bəs yaxşı bunun vətənə borcu varsa, bəs vətənin, dövlətin buna borcu yoxdumu?”
Bu parçanı niyə təqdim etdim? Sıradan birinə, bəlkə də, vaxt ayırmazdım. Ölkənin, dövlətin, xalqın ən ciddi problem və qayğılarının müzakirə olunduğu bir layihədə, yəqin ki, bu barədə danışmamaq da olardı. Amma danışdım mən. Bilirsiniz niyə? Bu adam yazıçıdır. İstedadlı yazıçıdır. Kitablarını paylayır, satır, insanların beyninə öz məhsullarını ən müxtəlif üsullarla yeridir, təqdim edir. Və bununla da həmfikirlər, onunla eyni mövqeyi bölüşənlər yaradır. Onlar Kəramət kimi birini mahiyyətcə kim olduğunu, nə olduğunu özünün məxsus olduğu dəyərlərin əslində nələrdən ibarət olduğunu bilmədən Kəramətkimiləşirlər. Bu gün düşmənlə üz-üzə olan Azərbaycanda. Bəlkə də, dövlət müstəqilliyinin ən həlledici çağlarında. Belə bir vaxtda dövlətin ən əsas mənəvi institutuna-vətəni qorumaq borcuna qarşı çıxmaq xəyanətə bərabər tutula bilər. Görünür, biz əsgər borcunun heç ən ibtidai səviyyədə belə mənasını başa sala bilməmişik. Adam anlamır ki, biz vətəni qorumaq borcunu özgəsini qorumaq borcu kimi yox, öz ana, bacı və övladımızı qorumaq borcu kimi yerinə yetiririk. Amma bu borcu öz həyətimizdə, alaqapımızda, küçəmizdə əli çomaqla, yanı itlə dayanmaqla yox, daha uzaqda sərhəddə əli silahlı şəkildə yerinə yetiririk.
Obrazlı desək, hündür, uca bir yerə çıxırıq ki, ordan hər yerə baxa, nəzarət edə bilək. Kəramət kimi maraqlı görünmək məqsədilə dövlətə, xalqa zərərli ideologiya aşılayanların ən ciddi müayinəyə, qınağa, hətta, bəlkə də, xüsusi şəraitdə mənəvi yenidən qurulmağa ehtiyacı var”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib