azadses.az » Cəmiyyət » “Sobsan”a milyonluq sığorta ödənişi veriləcəkmi?

“Sobsan”a milyonluq sığorta ödənişi veriləcəkmi?

Bu il iyulun 4-də Bakıda baş verən güclü yanğın həm ekoloji, həm də maliyyə tərəfindən bir neçə məsələni gündəmə gətirdi. Son illərdə ölkə ərazisində “Eurohome”, “Binə”, “Sədərək”, “Diqlas” və digər iri ticarət mərkəzlərində baş verən yanğınlardan sonra sahibkarların sığorta etdirib-etdmirməməsi gündəmə gəlib. Ölkə rəhbərliyinin də bu məsələdə tövsiyəsi belə olub ki, sahibkarlar əmlaklarını sığorta etdirməlidir ki, belə hadisələr zamanı dövlətin üzərinə yük düşməsin. 
“Qafqazinfo”nun verdiyi xəbərə görə, iyulun 4-də boya istehsal edən “Sobsan” zavodu yanandan sonra iqtisadçılar yanğın zamanı 20 milyon manatlıq ziyanın dəydiyini açıqladılar. Bəs belə böyük yanğınlarda sahibkarlara irihəcmli sığorta ödənişi edilirmi?
Sığorta eksperti İlkin İbrahimov bildirib ki, bu suala cavab tapmaq üçün bundan öncəki böyük yanğınlara nəzər salmaq lazımdır:
“Sumqayıt şəhərində yerləşən “Karvan” Ticarət Mərkəzində, Masallı şəhərində yerləşən "Embawood" Mebel Fabrikində və Bakı şəhərində yerləşən “Sobsan” Boya zavodunda baş verən yanğınları müqayisə etmək olar. Hər üç ticarət obyekti “Azsığorta” Şirkəti tərəfindən sığorta olunub. 2014-cü il oktyabrın 9-da “Karvan” ticarət mərkəzində baş vermiş güclü yanğın nəticəsində 1 nəfər tüstüdən boğularaq ölüb, 5 nəfər isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 350 kv.m. sahəni əhatə edən yanğın zamanı təxminən 9 milyon manat məbləğində maddi zərər dəymişdi. Ticarət Mərkəzi sığortalı olduğuna baxmayaraq, sığorta şirkəti müqavilənin düzgün bağlanmaması və s. halları əsas tutaraq sığorta ödənişini verməyib. 22 fevral 2015-ci il tarixində Masallı şəhərində "Embawood" fabrikinin ərazisində ümumi sahəsi 15000 kv.m olan tikilinin içərisində istehsalat sahəsinin və anbar hissəsinin yanar konstruksiyaları, içərisində olan dəzgahlar və yanan materiallar 7000 kv.m sahədə yanıb. Obyektə təxminən 6 milyon manat məbləğində zərər dəyməsinə baxmayaraq, sığorta şirkəti kompensasiyanı verməyib. Bu il iyulun 5-də Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğın nəticəsində ilkin hesablamalara görə, təqribən, 3000 kv.m. ərazi yanıb. FHN-in 5 əməkdaşı xəsarət alıb, 4 nəfərə yerində yardım göstərilib, 1 nəfər isə Toksikologiya mərkəzinə yerləşdirilib. Obyektə təxminən 20 milyon manat məbləğində zərər dəyib. Sığorta şirkəti hələ də dəymiş zərəri hesablamayıb və ümumiyyətlə bu işə maraqlı olmayıb. Sığorta şirkəti qeyd olunan obyektləri qismən sığortalayıb. Bu hal da təkrarsığorta müqavilələrinə ziddir. Bundan başqa sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməsə, sığorta şirkəti kompensasaiyadan imtina edə bilər”.
“Qafqazinfo” mövzu ilə bağlı ətraflı məlumat almaq üçün “Azsığorta” ASC-yə bu sualla müraciət edib: "Hazırda "Sobsan"dakı yanğın zamanı dəyən ziyan rəsmi olaraq hesablanıbmı və bu yanğına görə şirkətə nə qədər ödəniş olunub yaxud olunacaq?"
Bildirilib ki, bu suallara “Sobsan” şirkəri cavab versə, daha uyğun olar: “Çünki sığortalının razılığı olmadan, sığortaçı tərəfindən belə bir açıqlama verilə bilməz”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Rusiyada minik avtomobillərinin qəza reytinqi - İlk sırada tanınmış model
  2. Günəş "oyanır": Bu il rekord sayda maqnit fırtınası ola bilər
  3. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  4. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  5. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  6. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  7. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  8. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  9. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  10. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Möminə xatun türbəsi bərpa olunacaq
Möminə xatun türbəsi bərpa olunacaq
Naxçıvanda Möminə xatun türbəsi bərpa olunacaq. “Report” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Naxçıvan şəhərində Ətraflı
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Azərbaycan İlahiyyat İnstitutu və Doqquz Eylül Universiteti əməkdaşlıq edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu ilə Türkiyənin Doqquz Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib