azadses.az » Cəmiyyət » Mirsamir Məmmədov: "Dövlətçiliyimizin qorunmasında‚ ölkəmizin inkişafında Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir"

Mirsamir Məmmədov: "Dövlətçiliyimizin qorunmasında‚ ölkəmizin inkişafında Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir"

Mehriban xanım hər zaman öz hümanist addımları və mütərəqqi fəaliyyəti ilə hər kəsin ümid çırağın çevrilib. Bunu siyasi eksbert, politoloq Mirsamir Məmmədov deyib. Politoloq bildirib ki,   Xüsusilə, Heydər Əliyev Fondu adından, səhhətində problem olan insanlara edilən yardımlar Mehriban xanımın insani keyfiyyətlərinin təzahürüdür. Hörmətli Birinci xanımın köməkliyi və şəxsi təşəbbüsləri sayəsində minlərlə insan ağır xəstəliklərdən şəfa taparaq öz sağlamlığına qovuşmuşdur. Bu gün ölkənin hər yerində insanlar Heydər Əliyev Fonduna və Fondun prezidenti Mehriban xanım Əliyevaya sonsuz ümid bəsləməkdədirlər. Hər kəsin dilindən Mehriban xanımın etdiyi yardım və köməkliklər barədə geniş eşidilir. Qətiyyətlə demək olar ki, Mehriban xanım Əliyeva öz nəcib və hümanist addımları ilə bütün ölkə əhalisinin alqış və duasını qazanmışdır. Bütün fəaliyətini insanlıq qanunlarına və hümanizm prinsiplərinə söykəyən, Azərbaycanın birinci xanımı, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü və 56 yaşının tamam olması münasibətilə səmimi qəlbdən təbrik edirik! Daim xalqımızın, ölkə əhalisinin yaşamının yüksəlməsinə və Azərbaycanın sürətli inkişafına, habelə dövlətçiliyimizin güclənməsinə, Dövlətin və xalqın mükəmməl birliyinə, milli adət-ənənələrimizin, tarixi milli folklorumuzun qorunmasına və inkişafına, eləcə də hər bir ölkə vətəndaşının yardımında olmağa çalışan, Azərbaycanın dünyada layiqincə tanıdılmasında və ölkə maraqlarının qorunmasında fədakarcasına xidmət edən hörmətli Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi insani keyfiyyətlərini və xidmətlərini saymaqla bitməz. Mehriban xanım Əliyeva həmçinin Azərbaycan Respublikasının Birinci xanımı olaraq hər bir gəncə və hər bir körpə uşağa bir ana məhəbbəti bəsləməkdədir. Ulu Öndər Heydər Əliyevin gənclərə və körpələrə olan sevgisinin və Böyük Şəxsiyyətin gənclər siyasətinin davamı olaraq möhtərəm cənab Prezidentin uğurlu və müdrik siyasətinin icrasında Mehriban xanım Əliyeva dövlətçiliyimizin güclənməsi və təhlükəsizliyi yolunda, xalqımızın gələcəyinin parlaqlığı istiqamətində əlindən gəldiyi qədər çalışmaqdadır. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artması və ölkəmizin dinamik inkişafı yönündə ölkə Prezidenti ilə birgə olaraq Mehriban xanım Əliyevanın da xidmət və yardımları misilsizdir. Azərbaycan Respublikasının Prezidenti Zati Aliləri möhtərəm cənab İlham Əliyevin davam etdirdiyi Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli icraçılarından biri olaraq Mehriban xanım Əliyevanın da bu ölkə üçün mühüm və ölçüyəgəlməz dərəcədə yüksək xidmətləri və xüsusən Azərbaycanın qazandığı uğurlarda böyük əməyi vardır. Mehriban xanımın qətiyyətli və prinsipial addımları sayəsində ölkəmizin tarixi milli folklorunun inkişafı, milli adət və ənənələrin, xalq muğamlarının və tarixi milli dəyərlərimizin bərpası, inkişafı və dünya arenasına çıxarılaraq tanınması fonunda misilsiz fəaliyyətləri mövcuddur. Mehriban xanım Əliyevanın ölkəmiz üçün ən mühüm xidmətlərindən biri xalqımızın tarixi və milli dəyərlərinin qorunması, inkişafı və yaşadılması məsələsidir. Mehriban xanımın saymaqla bitməyəcək qədər müstəsna xidmətləri mühüm əhəmiyyət kəsb edir. Təbii ki, xalqımızın Ümummilli Lideri, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideologiyası və meyarlarının icrası olaraq Mehriban xanım dövlətçiliyimizin qorunması və xalqımızın işıqlı sabahı üçün atılan addımlarda Dövlətimizin Başçısının ən yaxın dəstəkçisi və silahdaşıdır. 
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  2. Salyanda yay şumu qaldırılır
  3. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  5. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  6. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  7. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  8. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  9. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  10. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
"Harri Potter"in müəllifi yeni roman yazır
"Harri Potter"in müəllifi yeni roman yazır
Dünyaca məşhur britaniyalı yazıçı Coan Roulinq, gənc sehrbaz Harri Potter haqqında kitab seriyasını dünyaya bəxş edən müəllif, Ətraflı
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu