azadses.az » Cəmiyyət » Keçmiş iş yoldaşları Çingiz Mustafayevin 60 illiyini qeyd etdilər

Keçmiş iş yoldaşları Çingiz Mustafayevin 60 illiyini qeyd etdilər

Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımını öz kamerası ilə çəkib dünyaya tanıdan məşhur tele-jurnalist Çingiz Mustafayevin avqustun 29-da 60 yaşı tamam olur.
33 yaşında namərd düşmənin həmləsinə tuş gələn Çingiz Mustafayev bu gün vaxtilə işlədiyi Şabran rayonunda da hörmətlə anılıb. Şabran rayon gigiyena və epidemiologiya mərkəzinin direktoru Nazim Həmidov deyir ki, Çingiz 1984-1987-ci illərdə o vaxtkı Dəvəçi, indiki Şabran rayon sanitar epidemiologiya mərkəzində həkim işləyib. Həmidovun sözlərinə görə, mərhum tele-jurnalistlə çox yaxın dost olub. İşdən kənar çox görüşlərinin olduğunu deyən Nazim həkim onun çox ürəyi yumşaq və vətənpərvərvər gənc kimi tanıdığını bildirib. O, Çingizin çox ürəyiyumşaq olmasına aid təsirli bir əhvalat danışdı: "Bir dəfə istirahət günü Çingizlə quş ovuna getmişdik. Səhər tezdən quşlara atəş açılanda düşən səs-küydən Çingiz çox narahat oldu. Yerdəki qaşqaldağa baxaraq" mən buradan gedirəm. Bu, nə parta-partdır, quşlara qənim kəsilmək olmaz",- dedi və oradan çıxdıq."
Çingiz Mustafayevin ad günü ərəfəsində keçmiş iş yoldaşı onun Şabran şəhərindəki xatirə barelyefini ziyarət edib, önünə gül dəstələri qoyub, ruhunu hörmətlə anıblar. Bildirilib ki, 33 yaşında şəhid olan Çingizin qısa, şərəfli həyatı bütün gənclərə gözəl nümunədir. Nazim Həmudov bu əhvalatı təsadüfən xatırlatmır. Deyir, onun Azərbaycanın qanuni torpaqlarını qanunsuz, qeyri-qanuni zəbt etmiş nankor erməni qonşularımıza nifrəti çox olub: "Görün, bu ürəyiyumşaq - bir quşun başının kəsilməsinə razı olmayan Çingizin ermənilərə nifrəti o qədər çox olub ki, özünü odun-alovun içərisinə atıb. Odun-alovun içərisində Xocalı faciəsinin dəhşətli görüntülərini çəkə bilib. Odun-alovun içərisində də şəhid oldu".

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabunçuda 27 yaşlı gənci avtomobil vurub
  2. Salyanda yay şumu qaldırılır
  3. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  5. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  6. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  7. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  8. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  9. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  10. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
"Harri Potter"in müəllifi yeni roman yazır
"Harri Potter"in müəllifi yeni roman yazır
Dünyaca məşhur britaniyalı yazıçı Coan Roulinq, gənc sehrbaz Harri Potter haqqında kitab seriyasını dünyaya bəxş edən müəllif, Ətraflı
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu