azadses.az » Cəmiyyət » Azərbaycanda məktəblər 1 ay bağlanır? – AÇIQLAMA

Azərbaycanda məktəblər 1 ay bağlanır? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, sentyabrın 23-də daha 7 şagird koronavirusa yoluxub. 6 işçidə də COVID-19 aşkarlanıb. Ümumilikdə isə bu günə kimi 112 şagirddə koronavirus aşkarlanıb. Yoluxma sayı artarsa, məktəblər yenidən 1 aylıq bağlana bilərmi?
''Azad Səs'' Hokm.az-a istinadən xəbər verir ki, bununla bağlı Konkret.az-a danışan deputat Ceyhun Məmmədov bildirib ki, tədrislə bağlı qərar epidemioloji vəziyyətlə bağlıdır:
“Təhsil Nazirliyi qərar qəbul edərkən bütün bu sahədə çalışan qurumlarla birgə fikir mübadiləsi apardı. Operativ Qərargahla birgə iş görüldü və hazırkı optimal qərar qəbul edildi. Qaldı ki, prosesin necə olması, bəli yoluxma var”.
Deputat qeyd edib ki, məsələ o qədər gərgin və riskli deyil:
“Yəni ölkəmızdə epidemioloji vəziyyət nəzarətdədir. Tədrisin dayandırılıb-dayandırılmayacağı bu prosesin gedişatından asılıdır. Əgər ölkəmizdə virusa yoluxanların sayında artım müşahidə olunarsa, aidiyyətı qurumlar bu məsələyə baxacaqlar”.
Ceyhun Məmmədov vurğulayıb ki, əvvəlki dövrlə müqayisədə ölkəmizdə virusa yoluxanlar sayında ciddi azalma müşahidə olunur:
“Müəyyən dərəcədə də insanlarda arxayınlıq var. Biz anlamalıyıq ki, virus təhlükəsi tam sovuşmayıb. Bu gün də dünyada bu təhlükə var. Çalışmalıyıq ki, bu təhlükədən özümüzü qoruyaq. Müəllimlər, şagirdlər, vətəndaşlar sanitar-gigiyenik qaydalara tam əməl etməlidir. İnsanların bəziləri sosial məsafəni gözləmir, maska taxmır və qoyulan qaydalara əməl etmir. Bir daha biz xahiş edirik ki, valideynlər diqqətli olsunlar. Övladlarının yoluxmaması üçün gərəkən addımları atsınlar. Bəzən valideynlər uşaqların arxasınca gəlir, sıx kontaklar olur. Bundan biz qaçmalıyıq. Niyə yoluxma bəzi məktəblərdə var, bəzilərində yox. Hansı məktəblərdə ki, qaydalara əməl edilirsə, orada yoluxma aşağı olur. Əgər məktəblərdə qoyulan qaydalara əməl edilməsə virusla bağlı vəziyyət gərginləşə bilər. İndidən proqnoz vermək çətindir. Heç bir ciddi narahatçılığa əsas yoxdur. Səlahiyyətli dövlət qurumları prosesi nəzarətdə saxlayır. Baş verənlər təhlil və analiz edilir. Əgər ciddi narahatlıq olarsa, müvafiq qurumlar tərəfindən müvafiq qərar qəbul ediləcək. İnsanlar çalışmalıdır ki, qaydalara əmək etsinlər və bu kimi təhlükələrlə üzləşməyək. Dövlət tərəfindən bütün addımlar atılır”.
Deputat Müşfiq Cəfərov söyləyib ki, məktəblərin bağlanmasına ehtiyac yoxdur, çünki artım dinamikasına görə dünyada bizdən də çox yoluxan ölkələr var:
“Sadəcə olaraq belə halların olması məktəblərdə maksimum məsuliyyəti artırmalıdır. Yəni bu artıma imkan vermək olmaz. Amma məktəb direktorları, regionlardakı təhsil şöbələri, müəllimlər və valideynlər bu işə ciddi yanaşmalıdır. Yoluxmanın olması qaçılmazdır. Çünki çoxlu sayda övladlarımız orta məktəblərdə təhsil alır. Nəzərə almalıyıq ki, bu gün sadəcə ibtidai siniflər məktəbə yollanır. Bakı şəhərində şagirdlər 2, regionlarda isə 3 gün məktəbə gedirlər. Əgər biz planlaşdırırıqsa, yuxarı siniflər də məktəbə getsin, o zaman qaydalara ciddi əməl etməliyik”.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  2. Nizami rayonunda motosiklet piyadanı vurub
  3. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  4. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  5. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  6. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  7. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  8. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
  9. Qobustanda zəlzələ olub
  10. Bakıda yol qəzası olub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?