azadses.az » Cəmiyyət » Komitə sədri Operativ Qərargahı sərt karantinə ÇAĞIRDI - SMS icazəsi qaytarılsın, bəzi iş yerləri...

Komitə sədri Operativ Qərargahı sərt karantinə ÇAĞIRDI - SMS icazəsi qaytarılsın, bəzi iş yerləri...

Musa Quliyev: “Əks halda  iki həftəyə vəziyyət nəzarətdən çıxacaq”


“Azərbaycanda karantin rejimi sərtləşdirilməlidir, əks halda qarşısıalınmaz fəsadlarla üzləşəcəyik”. Bunu Modern.az-ın son günlər koronavirusa yoluxma tempində artımla bağlı suallarını cavablandıran Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib.

“Operativ Qərargah sərt karantinə getməlidir”


M.Quliyev qeyd edib ki, hökumət tərəfindən lazımi tədbirlər görülsə də, bütün dünyada, eləcə də Azərbaycanda koronavirus çox şiddətlə artır:
“Yoluxanlar arasında ölənlərin də sayı durmadan artır. Ona görə hesab edirəm ki, biz təcili şəkildə sərt tədbilərə keçməliyik. Artım bu templə davam edərsə, dərman qıtlığı yarana bilər. Onsuz da xəstəxanlarda yer qıtlığı var. Həkim və tibb bacılarının enerjisi tükənir, onlar arasında da yoluxanlar var. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargah bu məsələ üzərində ciddi şəkildə düşünməli və sərt karantin rejiminə keçilməlidir.
Əsas diqqət insanlar arasında kontaktların azaldılmasına yönəldilməlidir ki, şəhərdə, küçələrdə, ictimai nəqliyyatda az adam olsun. Müəyyən iş yerləri tamamilə bağlanmalı, müəyyən iş yerləri növbəli rejimə keçməlidir. Şənbə-bazar tətbiq edilən qadağalar dörd günə qaldırıla bilər, SMS icazə formasına yenidən baxmaq olar, 65 yaşdan yuxarı və 18 yaşa qədər şəxslərin iki həftə ərzində küçəyə çıxmasına qadağa qoya bilərik.
Kafe-restoranların, ictimai iaşə müəssisələrinin iş saatını azaldıb, onlayn sifarişləri artırmaq olar. Marketlərə onlayn rejimdə xidmət göstərmələri tövsiyə edilə bilər. İki həftəlik Bakıya giriş-çıxışa qadağa tətbiq etmək olar. Ancaq bu yolla virusa yoluxmanı azalda bilərik”. 
 
Metro niyə açılmır?..
 
Komitə sədri metronun yükünün avtobuslara yönəldilməsi nəticəsində müşahidə edilən sıxlıq məsələsinə də aydınlıq gətirib:
“Metronun bağlanmasının əsasları var, çünki bu nəqliyyat yerin altındadır və ventilyasiya sistemi normal deyil. Açıq olanda hər gün minlərlə insan metrodan istifadə edir. Ventilyasiya normal işləmədiyi üçün, platformalar, vaqonlar, onun divarları, döşəməsinə virus hopur. Söhbət vaqonun içərisindəki məsafədən getmir, sərnişinlər platformalarda gözlədikdə belə, yaxın təmasda olur. Səhəri gün isə yoluxma daha da artır. Yaxşı ventilyasiya sistemi qurularsa, metronu açmaq olar. Amma indiki halda bu mümkündür, yoxsa yox, buna cavab verə bilmərəm. Bildiyim odur ki, metronun bağlanmasını peşəkarlar ölçüb-biçib qiymətləndirmə aparıb, qərar veriblər. Ona görə də mən metronun açılmasını yaxud açılmamasını tövsiyə edə bilmirəm”.
 
“Testlər əlçatan olmalıdır”
 
Deputat deyib ki, sərt karantin rejiminə keçməklə ictimai nəqliyyatda sxılığı minimuma endirməliyik:
 
“İki həftəlik də olsa, çox ciddi karantin tədbirlərinə getməliyik. Artıq yoluxanların sayı 3 mini keçib, bizim də xəstəxana resursumuz 12-15 mindir. Bundan sonra nə edəcəyik?! Açığı, artıq neçə gündür vətəndaşlardan xəstəxanaya yerləşdirilməklə bağlı müraciətlər alırıq. Amma artıq xəstəxanlarda çarpayılar dolub”.
 
“Vəziyyət daha çox qəlizləşmədən...”
 
Deputat həmçinin, daha çox test aaprılmasının vacibliyini vurğulayıb:
 
“Dövlət qiymətinə özəl sektora yalnız xidməthaqqı ödənilməklə pulsuz testlər verilsə, yaxşı olar. Nəticədə daha çox test həyata keçirmək olar. Ən azı insan simptomsuz da olsa, yoluxduğunu bilsə, özünütəcrid edər, yaxınlarını qoruyar, vaxtında dəstəkləyici müalicə alar. Amma insanlar bir çox hallarda xəstəliyi gizlin keçirəndən, daha çox insanı yoluxdurandan, hərarət qalxandan sonra həkim çağırır. Həmin gün də həkim olur, ya olmur. Ona görə vəziyyət daha da qəlizləşmədən təcili tədbilər görülməlidir”.


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?