Almaniyada son sutkada 31 min nəfər koronavirusa yoluxub
- 8-01-2021, 09:25
- Dünya

“Azad Səs” xəbər verir ki, bunu ölkənin Robert Kox İnstitutu açıqlayıb.
Məlumata görə, son sutkada Almaniyada 1 188 nəfər pandemiyanın qurbanı olub.
Beləliklə, Qərbi Avropa ölkəsində indiyədək 1 866 887 nəfərdə koronavirus qeydə alınıb. Onlardan 38 795 nəfər dünyasını dəyişib. Ümumi sağalanların sayı isə 1,4 milyondan çoxdur.Report