Gürcüstanda COVID-19-a yoluxanların sayı 264 mini ötüb
- 11-02-2021, 10:46
- Dünya

“Azad Səs” xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Qonşu ölkədə indiyədək COVID-19-a 264 158 yoluxma halı təsdiqlənib. Yoluxanların 256 024-ü sağalıb, 3 321-i isə ölüb.
Hazırda karantin rejimində 386, stasionar nəzarətdə 2 083 nəfər saxlanılır. Xəstəliyi simptomsuz keçirən 290 nəfər isə xüsusi otellərdə müalicə ilə təmin olunur.(Report)