Rusiyada daha bir koronavirus peyvəndinin klinik sınaqları təsdiqləndi
- 10-04-2021, 15:00
- Dünya
“RİA Novosti” bu barədə Rusiya Federasiyası Səhiyyə Nazirliyinin klinik sınaqlarının aparılması üçün icazə reyestrinə istinadən xəbər yayır.
Araşdırma 18-60 yaş arası könüllüləri əhatə edir. Sınaqlar 8 aprel tarixində başlayacaq və 30 sentyabrda bitəcək.
Dərman “Vektor” Dövlət Virusoloji və Biotexnologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanıb.
Qeyd edək ki, Rusiyanın koronavirusa qarşı “Sputnik V” peyvəndi də var.