Hindistanda koronavirusun ikinci dalğası təhlükəsi
“Anadolu” agentliyi xəbər verir ki, ölkədə gündəlik xəstəlik sayı 4 apreldə 103 793 nəfərə çatıb və ilk dəfə 2020-ci ilin sentyabr ayındakı pik həddi geridə qoyub.
Növbəti günlərdə yeni pik hədlərin görüldüyü ölkədə son 24 saat ərzində gündəlik xəstələrin sayı 184 372-yə yüksəlib.
Koronavirusa ilk yoluxma hadisələrinin 30 yanvar 2020-ci ildə qeydə alındığı Hindistanda zamanla artan gündəlik yoluxma sayı 16 sentyabr 2020-ci il tarixdə 97 859-a qalxıb və bu tarixdən etibarən azalmağa doğru gedib.
Gündəlik xəstəlik sayı növbəti 4,5 ay ərzində davamlı olaraq azalıb və 1 fevralda 8 587-ə düşüb.
Lakin bu ilk dalğadan sonra şkala fevral ayından etibarən sərt formada yuxarıya doğru istiqamətlənib və birincidən daha yeni və daha böyük bir dalğa yaranıb.