azadses.az » Dünya » “Le Monde”: Fransa Azərbaycanla münasibətləri qaydaya salmağı arzu edir

“Le Monde”: Fransa Azərbaycanla münasibətləri qaydaya salmağı arzu edir

Fransanın məşhur “Le Monde” nəşrində Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında aparılan bərpa işləri və Qarabağda müharibə bitdikdən sonra Azərbaycanla Fransa arasındakı ikitərəfli münasibətlərin inkişafı barədə məqalə dərc olunub.
Yazıda qeyd olunur ki, Azərbaycanla Ermənistan arasındakı müharibə Parislə Bakı arasındakı ikitərəfli münasibətlərdə çatlar yaradıb.
Fransız şirkətləri azad edilmiş Azərbaycan torpaqlarının bərpası layihələrində onların iştirakına icazə verilməyəcəyindən qorxurlar.
Məqalədə qeyd olunur ki, artıq buldozerlər Qarabağın mərkəzindəki Füzuli hava limanındakı  uçuş zolağının üç kilometirlik hissəsini hamarlayıb.
Bir vaxtlar nəhəng döyüş meydanı olmuş ərazinin ətrafı minalar və partlamamış hərbi sursatlarla doludur.
“Prezidentimiz İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan öz ərazilərini geri qaytardı”, - Azərbaycan “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsinin (AZANS) direktoru Fərhan Quliyev deyir.
Onun sözlərinə görə, bu hava limanının inşası avqust ayının sonunadək başa çatacaq. Hava limanı Azərbaycanın incisi - Şuşa şəhərinə xidmət edəcək.
“Bu, Bakıdakı beynəlxalq aeroportdan sonra ölkənin ən böyük ikinci hava limanı olacaq” - Fərhan Quliyev vurğulayır.
“Le Monde” nəşri yazır ki, türk şirkətləri işğaldan azad edilmiş ərazilərin bərpasında fəal iştirak edirlər.
Müharibə Azərbaycanla Fransa arasındakı ikitərəfli münasibətlərin praktikasını pozdu.
Ankara Bakıya hərbi və diplomatik dəstək verdi, Paris isə İrəvana tərəf meyl etdi.
Bu gün Fransanın böyük şirkətləri Qarabağın yenidən qurulması üzrə möhtəşəm layihələrdən kənarda qalacaqlarından narahatdırlar.
“Fransa şirkətlərinin təklifləri daha cəzbedici olsa belə, yeni müqavilələrin imzalanacağını gözləməyə dəyməz. Bu, yalnız emosional reaksiya deyil, etibar məsələsidir. Siyasi vəziyyət dəyişsə, fransızlar orada qalacaqmı? Bu, təəssüf doğurur, çünki iki ölkə arasında əməkdaşlıq potensialı çox yüksəkdir. Belə bir hiss yaranır ki, iyirmi illik səylər heç nəyə gətirib çıxarmadı”, - Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının İdarə heyətinin sədri Teybə Quliyeva şikayətlənir.
“Bizim layihələrimiz bloklanır və ya çox yavaş irəliləyir” - Fransanın SUEZ şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru, Fransa Xarici Ticarət Şurasının Cənubi Qafqaz üzrə prezidenti Alen Karbonel bildirir.
“Le Monde” yazır ki, Paris, hiss etdirmədən Cənubi Qafqazdakı mövqeyini dəyişdirməyə çalışır və 27 yanvarda bölgəyə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Dövlət katibi Jan-Batist Lemuanı göndərib.
“İrəvana edilən istənilən səfərdən əvvəl Bakıda dayanmaq lazımdır” - “Le Monde”yə diplomatik mənbədən verilən məlumatda qeyd olunur.
Qəzet hesab edir ki, Fransa prezidenti Emmanuel Makron 2018-ci ilin oktyabrında İrəvanda Frankofoniya Təşkilatının sammitinə qatılmaqla səhvə yol verib.
Fransa və Azərbaycanın bir neçə siyasi mənbələrinin məlumatına əsasən, Fransa Respublikasının Xarici İşlər naziri Jan-İv Lö Drian önümüzdəki həftələrdə Bakıya səfər etməyə hazırlaşır.
Bu arada xatırladaq ki, fevralın sonunda səkkiz fransız deputatdan ibarət nümayəndə heyəti Bakıya səfər edib.
Onlardan biri - Frederik Düma hesab edir ki, Fransa ilə Azərbaycan arasında münasibətləri bərpa etmək lazımdır.
O, Fransa parlamentinin bəzi təşəbbüslərinin Azərbaycan ictimaiyyəti tərəfindən obyektiv səbəblərdən mənfi qarşılandığını etiraf edib.
Bu gün ictimaiyyət böyük tenderlərdə qalib gələn fransız şirkətlərini qəbul etmir, çünki Fransa düşmənlərimizi dəstəkləyir” - deyə hakimiyyətə yaxın azərbaycanlı iş adamı “Le Monde”yə bildirib.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev qəzetlə söhbətində Fransa şirkətlərinin siyasi səbəblərdən əlverişsiz vəziyyətdə olduğunu təkzib edir, lakin Türkiyə kimi ölkələrə üstünlük verilməsinin mövcudluğunu da etiraf edir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib