azadses.az » Manset » Türkiyə biznesi işğaldan azad olunmuş ərazilərin inkişafına dəstək verəcək

Türkiyə biznesi işğaldan azad olunmuş ərazilərin inkişafına dəstək verəcək

Məlum olduğu kimi, Ermənistanın hərbi təxribatına cavab olaraq Müzəffər Azərbaycan Ordusunun sentyabrın 27-dən başlanan uğurlu əks-hücum əməliyyatları nəticəsində 30 ilə yaxın düşmən tapdağı altında olan torpaqlarımızın əhəmiyyətli hissəsi artıq işğaldan azad olunub.
''Azad Səs'' ''Report''-a istinadən xəbər verir ki, Ordumuz cəbhədə hər gün irəliləməkdə və şəhər, qəsəbə və kəndlərimizi bir-birinin ardınca işğaldan azad etməkdədir.
Beynəlxalq hüququn Azərbaycanın tərəfində olması, Ordumuzun hərbi-texnoloji üstünlüyü, əsgərlərimizin qəhrəmanlığı, xalqımızın Ali Baş Komandana hədsiz sevgisi, böyük döyüş ruhu və s. faktorlar ölkəmizin tezliklə ərazi bütövlüyünü tam təmin edəcəyini şərtləndirir.
İşğaldan azad edilən torpaqlarımızın zəngin resursları və iqtisadi potensialı isə Azərbaycanın iqtisadi gücünə güc qatacaq, ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək.
Qeyd edilməlidir ki, uzun müddət işğalda olan torpaqlarımızda bütün infrastruktur dağıdılıb, əksər kəndlər və şəhərlər tamamilə talan edilib.
Azərbaycan hökuməti işğaldan azad olunan əraziləri sürətlə bərpa etməyə hazır, doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız isə öz evlərinə, el-obalarına qayıtmaq arzusundadır. Artıq bərpa işlərinə başlanıb. Suqovuşana yol çəkilişi buna gözəl nümunədir.
Onu da vurğulayaq ki, Azərbaycanın bu sahədə uğurlu təcrübəsi də var. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin çox qısa müddətdə yenidən qurulması, yolların, evlərin tikilməsi, yeni müəssisələrin və iş yerlərinin yaradılması, Naxçıvanda 11 min hektaradək ərazinin düşməndən təmizlənməsi tarixi torpaqlarımıza Böyük Qayıdışın başlanğıcı idi.
Hazırda Müzəffər Ordumuzun uğurlu əks-hücum əməliyyatları ilə düşməndən azad edilən torpaqlarımızda da tikinti-quruculuq işləri aparılacaq, həyat canlanacaq, bu ərazilərdə yaradılacaq müəssisələr, təsərrüfatlar, salınacaq bağlar və s. iqtisadiyyatımıza öz töhfəsini verəcək.
Bu quruculuq işləri biznes üçün də böyük imkanlar yaradacaq. Artıq dəfələrlə, vurğulandığı kimi, biznes azad edilmiş ərazilərin bərpasında iştirakda maraqlıdır. Bu işlər dövlətin və biznesin qarşılıqlı əməkdaşlığı şəraitində həyata keçiriləcək, biznes çoxmilyonluq dövlət sifarişlərinin icrasına cəlb ediləcək.
Bu ərazilər gələcəkdə turizmin inkişafında da mühüm rol oynayacaq.
Qeyd etmək lazımdır ki, Azərbaycanın regionda lider dövlət, etibarlı beynəlxalq tərəfdaş olması, dünya arenasında malik olduğu müsbət və güclü imici, dünya birliyi ölkələri, eləcə də qonşu dövlətlərlə qurulmuş qarşılıqlı faydalı və geniş əlaqələr işğaldan azad edilmiş torpaqlarımızın iqtisadi potensialının reallaşdırılmasını daha da sürətləndirəcək.
Bu konteksdə dost ölkələrin biznes cəmiyyətləri arasında geniş əlaqələr xüsusilə qeyd edilməlidir. Bu baxımdan, Azərbaycanla dil, tarix, din və mədəni bağlılıqları olan türk dövlətləri ilə əməkdaşlıq böyük önəm kəsb edir. Təsadüfi deyildir ki, qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı düşmən tapdağından azad etdiyi indiki günlərdən türkdilli dövlətləri bir araya gətirən qurumlardan operativ olaraq azad edilmiş torpaqlarda iqtisadi əməkdaşlıq təklifləri gəlməkdədir.
Bu, həm Azərbaycan dövlətinə, Ali Baş Komandanına, rəşadətli Ordumuza, ölkəmizin iqtisadi perspektivinə olan güclü inamın ifadəsi, eyni zamanda, türk dövlətlərinin təmsil olunduqları qurumlar çərçivəsində faydalı əməkdaşlığın, konsolidasiyanın, qarşılıqlı etimadın bariz göstəricisidir.
Hazırda Azərbaycanın Vətən müharibəsində Türk Şurası ölkələri, xüsusilə Türkiyə dövləti Azərbaycana ciddi mənəvi dəstək ifadə edir, həm beynəlxalq platformalarda, həm siyasi və ikitərəfli münasibətlərdə ciddi dəstək verir.
Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının noyabrın 2-də Bakıda keçirilən növbədənkənar iclasının iştirakçıları da Ermənistanın işğalçılıq siyasətini pisləyib, Azərbaycanın haqq mübarizəsində onun yanında olduqlarını bildiriblər. Türk Ticarət və Sənaye Palatasının sədri Mustafa Rifat Qarabağın iqtisadi inkişafı üçün bütün imkanları ilə Azərbaycana dəstək olacaqlarını, azad olunmuş torpaqların inkişafına dəstək verməyə hazır olduqlarını vurğulayıb. İclasda aparılan müzakirələr bir daha göstərir ki, Türk Şurasına üzv dövlətlərin qarşılıqlı investisiyaların yatırılmasına, ticarət əlaqələrinin genişləndirilməsinə, azad olunmuş torpaqlarımızın iqtisadi potensialının reallaşdırılmasına marağı böyükdür.
Yeri gəlmişkən, Türkiyənin “Aran Mobilya Dekarasyon İnşaat Sanayi ve Ticaret Limited” şirkəti Qarabağda şöbəsini açmağa hazırlaşdığını bildirib. Türkiyə şirkətləri tərəfindən bu cür açıqlamalara tez-tez rast gəlirik.
Təbii ki, əməkdaşlıq etmək istəyən ölkələrin və biznes dairələrinin sırası daha da genişlənəcək. Bu isə, ilk növbədə Azərbaycanda həyata keçirilən layihələrin özünü iqtisadi baxımdan doğrultması, perspektivli olması, ən əsası isə ölkəmizə olan dərin etimaddan irəli gəlir.
İşğaldan azad edilmiş və azad olunmaqda davam edən ərazilərimizin isə iqtisadi potensialı böyük, təbii ehtiyatları zəngindir. Əminliklə demək olar ki, Müzəffər Azərbaycan Ordusunun bir-birinin ardınca qazandığı qələbələr ən qısa zamanda bu resurslardan səmərəli istifadə imkanı yaradacaqdır.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib