Hindistanda səkkiz şir koronavirusa yoluxub
- 5-05-2021, 09:00
- Dünya
![](/uploads/posts/2021-05/medium/1620191761_2619771.jpg)
“Times of India” nəşrinin məlumatına görə, Heydərabad şəhər zooparkında saxlanılan səkkiz şir COVID-19-a yoluxub.
Qeyd olunub ki, bu, vəhşi heyvanlarda ölümcül virusun aşkar edilməsi üzrə dünyada ikinci anoloji haldır. Belə ki, ilk dəfə COVID-ə tutulmuş şirlərə Nyu-Yorkun Bronksdakı heyvanxanasında rast gəlinib.
Xatırladaq ki, Hindistan qlobal koronavirusa yoluxma statistikasına görə dünyada ikinci yerdədir. Hazırda ölkədə 20 milyondan çox insanın virusa yoluxduğu bildirilir.