İran yerli istehsal peyklərini orbitə çıxaracaq

Bu barədə IRNA xəbər yayıb.
Məlumata əsasən, peyklər ilk növbədə 160 – 2 min km yüksəklikdəki aşağı Yerətrafı orbitə buraxılacaq. Bu məqsədlə hazırda “Nahid 1”, “Nahid 2”, “Simurq”, “Tolo”, “Zülcənah”, “Pars 1” və “Zəfər 2” peykləri üzərində işlər aparılır.
Bununla yanaşı, Yerin sinxron günəş orbitinə çıxarılması planlaşdırılan aparatların da işlənib hazırlanması istiqamətində fəaliyyətlər davam etdirilir.