46 milyon əhalisi olan bölgədə koronavirusun 19 növü yayılıb
- 18-06-2021, 10:21
- Dünya
Braziliyanın San-Paulo ştatında mütəxəssislər COVID-19-un azı 19 növünü qeydə alıblar.
“Urdu Point” Butantan Tədqiqat İnstitutuna istinadən xəbər yayıb.
Nəşr qeyd edir ki, koronavirusun “Amazon” ştammı “P.1” 89,9 % üstünlük təşkil edir.
İkinci yeri isə 4,2 %-lə “Britaniya” ştammı “B.1.1.7” tutub.
San-Pauloda 46 milyon insan yaşayır. Bura ölkənin ən sıx məskunlaşmış ştatıdır. Ölkədə koronavirusa yoluxma ən çox bu bölgədə qeydə alınıb.