Kadırov Putinin sözlərindən sonra yenidən namizəd olmağa razılaşdı

Bu barədə R.Kadırov sosial şəbəkə hesabında yazıb.
“Bilirsiniz ki, namizədlik məsələsi mənim üçün son ana qədər açıq olaraq qaldı. Özüm üçün qəti qərar qəbul etdim ki, hətta əhalinin bir neçə faizi də qarşı çıxsa, namizəd olmayacam. Prezidentimizin və cəmiyyətimizin iradəsinə qulaq asdım və seçkilərdə iştiraka razılıq verdim”, - deyə o bildirib.