Ukrayna 2030-cu ilədək kosmosa turist göndərəcək

“RİA Novosti” xəbər verir ki, bunu ölkənin Dövlət Kosmik Agentliyinin rəhbəri Vladimir Taftay bəyan edib.
O, növbəti 10 ildə bu perspektivi real hesab etdiyini bildirib.
Qurum rəhbəri kosmik turizmin qiymətlərinin də tədricən aşağı düşəcəyini vurğulayıb. Taftay bu sahədə hər şeyin investorlardan asılı olacağını qeyd edib.