Çin zondu Marsa uğurlu eniş edib

Bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Məlumata əsasən, aparat hələ ötən ilin iyul ayının 23-də Vençan kosmodromundan buraxılıb. Missiya çərçivəsində Mars orbitinə çıxış və müxtəlif manevrlər, həmçinin planetin səthində hərəkət etmək planlaşdırılır.
Alimlər Marsın atmosferi, relyefi, geoloji xüsusiyyətləri, maqnit sahələri barədə dəyərli məlumatlar toplamağa ümid edirlər.