Qrenlandiya dağlarında ilk dəfə yağış yağıb
Qrenlandiya dağlarında tarixdə ilk dəfə olaraq yağış düşüb.
CNN telekanalı xəbər verir ki, sözügedən təbiət hadisəsi Qrenlandiyada aparılan meteoroloji müşahidələr nəticəsində ilk dəfədir ki, qeydə alınır.
Bundan əvvəl isə dünyanın ən böyük adasında yağıntılar yalnız qar şəklində qeydə alınıb.
Adanın dağlıq hissəsində ötən həftənin sonu temperatur son on ildə üçüncü dəfə sıfırdan yüksək olub.
Mütəxəssislər qeyd edir ki, məhz anomal isti hava səbəbiylə Qrenlandiyada buz örtüyünün üstünə güclü yağış yağıb.
Elm adamları həmçinin bildirir ki, Qrenlandiya dağlarında yağan yağış, adanın görünməmiş sürətlə istiləşdiyini göstərir.