Braziliyada təyyarə qəzası: Ölənlər var

Hadisə nəticəsində 5 sərnişin və 2 ekipaj üzvü həlak olub.
İnsident San-Paulu ştatında baş verib. Pirasikaba şəhər aeroportundan qalxan təyyarə az keçmiş yerli ali məktəbin avtodayanacağına düşüb.
Yerə çırpılan nəqliyyat vasitəsində partlayış və yanğın baş verib.
Qəzanın səbəbləri araşdırılır.
Mənbə: “Globo”