Fransa və ABŞ arasında diplomatik qalmaqal: Rəsmi Paris Vaşinqtondakı səfirini geri çağırdı

Buna səbəb bir neçə gün əvvəl Avstraliyanın Fransa ilə hərbi sualtı qayıqların tədarükünə dair sazişi birtərəfli qaydada ləğv edərək, ABŞ-la analoji müqavilə bağlaması olub.
Fransa XİN bu addımı mütəffiqlik ruhuna zidd və qəbuledilməz adlandırıb.
Səfirlərin məsləhətləşmələr üçün geri çağırıldığı bildirilib.
Mənbə: TASS