azadses.az » Dünya » Avropanın qaz problemi: Bu qış çox soyuq olacaq - TƏHLİL

Avropanın qaz problemi: Bu qış çox soyuq olacaq - TƏHLİL

Avropanın problemləri səngimək bilmir. Bir problemi həll etməmiş digəri başının üstünü kəsdirir. Bu dəfə “Köhnə dünya”nın enerji təchizatı ilə bağlı problemi yaranıb. Əslində isə Avropanın enerji böhranı ilə üzləşəcəyi illər öncədən proqnozlaşdırılırdı. Avropanın bir çox ölkələri qaz idxalında şaxələnmə üçün çalışsalar da, sözügedən məsələ vaxtında həllini tapmadı. Bu da indiki gərginliyin yaranmasına gətirib çıxardı. Bir sözlə, qazın qiymətinə görə bütün Avropa iqtisadiyyatı, az qala çökmək təhlükəsi altındadır.

Mövzu ilə bağlı “Kaspi” qəzetində təhlil yazısı yayımlanıb.

Ötən ay Avropa birjalarında qaz fyüçerslərinin qiyməti hər min kubmetr üçün 660 dollar olduğu halda, keçən həftə 970 dollara çatıb ki, bu da görünməmiş bir həddir. Yeraltı qaz anbarlarında də vəziyyət qənaətbəxş deyil. Oktyabr ayı olmasına baxmayaraq, bu, həddindən artıq aşağı səviyyə qəbul edilir. Yeraltı qaz anbarlarına qaz, əsasən, yay fəslində doldurulur. Qışda tələbat pik həddə çatdığı zaman yeraltı qaz anbarlarından istifadə olunur. Avropanın əsas problemlərindən biri də İttifaqa daxil olan ölkələrin hasilatının kəskin azalmasıdır. Hazırda Avropanın elə bir ölkəsi yoxdur ki, onun hasilatında artım qeydə alınsın. Proqnoz belədir ki, 2022-ci ilin ortalarına doğru Avropanın ən böyük təbii qaz yatağı olan "Groningen”də hasilat tamamilə dayana bilər. Avropanın elektrik istehsalının 24 faizini məhz qazın təşkil etdiyini nəzərə alaraq, qiymətlərin artması, elektrik enerjisinin qiymətlərini tarixdə ən yüksək səviyyəyə qaldırıb.

Bəziləri ilk gündən artımı Rusiya ilə bağlasalar da, artıq bu iddia Qərbin özü tərəfindən də təkzib olunur. "Linde Engineering” şirkətinin rəhbəri Yurqen Noviçki rəsmən bəyan edib ki, Avropada qaz böhranın səbəbini elə Avropanın özündə axtarmaq gərəkdir. Səbəblər sırasında isə ilk növbədə qazın nəqlini vaxtında çatdıra bilməmək, lokdaundan sonra tələbin təklifi keçdiyini nəzərə almamaq və s. göstərilib. Qərb ekspertləri hesablayıblar ki, 2020-ci ildə koronavirus pandemiyası fonunda qlobal iqtisadiyyat 4 faiz aşağı düşüb. Bu il isə dünya iqtisadiyyatının bərpa olunması, məhdudiyyətlərin qaldırılması fonunda iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji sektorunda müsbət tendensiya müşahidə edilib. Bu da enerjiyə tələbatı artırıb. Hətta analitiklər bu il rekord həcmdə - 6 faizlik artım proqnozlaşdırırlar. Bu da qaza olan tələbatı ilin sonuna kimi 4 faizə qədər artıracaq.

Hazırda Avropaya əsas qaz tədarükçüsü "Qazprom”dur. İqtisadi ekspert Viktoriya Voytsitskaya hesab edir ki, "qaz monopolisti” Avropanın diz üstə "süründüyü" anı gözləyir. Qalmaqallı "Şimal axını-2" qaz kəmərinin işə salınması halında, belə bir ssenari mümkündür. Analitiklər deyirlər ki, Rusiya Qərbi şantaj edir. Vladimir Putin açıq şəkildə deyir ki, Avropada qiymətlər "Şimal axını-2" qaz kəməri işə düşən kimi sabitləşəcək.

Artıq Rusiya qazını Baltik dənizinin dibi ilə Almaniyaya nəql edəcək "Şimal Axını-2” kəmərinə qazın doldurulmasına başlanıb. İsveçrədə mənzillənən və Rusiyanın "Qazprom” şirkətinin törəməsi olan "Nord Stream 2 AG” şirkəti bildirib ki, kəmər tədricən qazla doldurulacaq. "Şimal Axını-2" kəmərinin istifadəyə verilməsi Avropanın kəskin qaz çatışmazlığı ilə üzləşdiyi bir dövrə təsadüf edir. Almaniya mediası bildirir ki, qazın verilməsinə artıq bu ay başlana bilər. "Şimal Axını-2" Rusiya qazının ənənəvi tranziti olan Ukraynadan yan keçir. Kiyev və bir sıra Qərb ölkələri bu kəmərin tikintisinə qarşı idi. Kəmərin tikintisi Ukraynanı ildə 2 milyard dollar tranzit gəlirlərindən məhrum edəcək. Tam istismara verildikdən sonra bu kəmər vasitəsilə Avropa bazarına ildə 55 milyard kubmetr qaz nəql olunacaq.

Bəs belə bir durum Azərbaycana sərf edirmi? Əlbəttə, əlverişli hesab edilə bilər. Proqnozlar göstərir ki, qış sərt keçərsə, Avropada təbii qazın 1000 kubmetri hətta 1500 dolları keçə bilər. İnkişaf etmiş ölkələrin, o cümlədən Avropa dövlətlərinin təbii qaz istehlakını yaxın 10 ildə ən azı 15 faiz artıracağı gözlənilir. Bu isə mühüm qaz təminatçılarından biri kimi Azərbaycanın Avropanın enerji bazarında mövqeyinin daha güclü hala gəlməsini şərtləndirir. İlk növbədə o baxımdan ki, Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbə hesab edilir. Bu kontekstdə ötən ilin sonunda tam istifadəyə verilmiş "Cənub Qaz Dəhlizi”ni xüsusi qeyd etmək olar.

Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkələrdən biri hesab edilir. 2,6 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatı olan və müvafiq ixrac infrastrukturuna malik Azərbaycan Avropa üçün etibarlı və uzunmüddətli enerji tərəfdaşıdır. "Cənub Qaz Dəhlizi”nin əsas seqmentlərindən biri olan TAP vasitəsilə ildə 8 milyard kubmetr qazın İtaliyaya, qalan 2 milyard kubmetr qazın isə Yunanıstan və Bolqarıstana nəql olunacağı nəzərdə tutulur. Lakin sonradan bu həcmlər artacaq və artıq bir sıra digər Avropa ölkələrinə də Azərbaycan qazı nəql ediləcək.

Avropadakı qaz böhranı Cənub Qaz Dəhlizinin nə qədər uzaqgörən bir layihə, Azərbaycanın onu reallaşdırmaq üçün çəkdiyi bütün əziyyətlərin səmərəli olduğunu bir daha sübuta yetirir. Halbuki, bir vaxtlar ona çəkilən xərclər səmərəsiz hesab edilirdi. Beləliklə də, Avropadakı qiymət artımları gələcəkdə Azərbaycanın TANAP və TAP kimi strateji layihələrinin əhəmiyyətini daha da böyüdür.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?