azadses.az » İqtisadiyyat » Avropa üçün Azərbaycanın əhəmiyyəti artır...

Avropa üçün Azərbaycanın əhəmiyyəti artır...

Pərviz Heydərov yazır...

Avropada qazın qiyməti bu il başlanandan bəri artır. Bu artım özünü demək olar, keçən hər ay üzrə nümayiş etdirib. Nəticədə rekord səviyyə əldə edilib. İl başlanandan 1000 kubmetr mavi yanacağın qiyməti 5 dəfədən çox bahalaşaraq hazırda 1100 ABŞ dollarından yuxarı təşkil edir.

İlk rekord səviyyə isə avqustun 30-u tarixində 600 ABŞ dolarını keçməklə əldə olunmuşdu.

Bahalaşmanın səbəbləri kifayət qədər məlumdur. Ehtiyatların tükənməsi (söhbət, istehlak üçün nəzərdə tutulan anbarlardakı hazır məhsuldan gedir), pandemiyadan sonra həyatın bütün sahələrində normal rejimin bərpa olması və hərəkətliliyin artması, ölkələrin iqtisadiyyatlarının ardıcıl olaraq “süni nəfəs aparatından” ayrılması, bütün növ iqtisadi fəaliyyətlərin “ölü nöqtədən” çıxması, sözün qısası, tələbatın spontan şəkildə artması və təklifin birdən-birə buna hazır olmaması sair, bura daxildir.

Lakin, bunlar “suyun üzərində” görünənlərdir. Əslində isə, Avropanın enerji böhranı ilə üzləşəcəyi hələ illər öncədən proqnozlaşdırılırdı. Və “Qoca qitə” nahaqdan qaz idxalı sarıdan diversifikasiya üçün çalışmır, ciddi cəhdlər göstərmirdi.

Ancaq təəssüf, adı çəkilən qitənin subyektiv siyasi yanaşmalarına görə deyim, yoxsa iqtisadi uzaqgörənliyinin olmaması ucbatındanmı sözügedən məsələ vaxtında həllini tapmadı. Buna dair fikrimin məğzi yazının sonunda aydın olacaq.

İndi qazın qiymətinə görə bütün Avropa iqtisadiyyatı az qalsın, diz çökmə təhlükəsi altındadır.

Bəli, böhran artan dinamika üzrə inkişaf edir. Yaxın müddətdə isə onun daha da dərinləşəcəyi gözlənilir. Digər tərəfdən isə, neftin dünya bazar qiymətləri də yüksəlir.

Düzdür, bunda da vaksinləşdirmə prosesinin artıq, öz nəticələrini göstərməsi və buna müvafiq olaraq məhdudiyyətlərin aradan götürülməsi, iqtisadiyyatda bərpa proseslərinin getdikcə sürətlənməsi və sair kimi amillərin rolu var. Hansı ki, nəticə olaraq bayaq dediyim kimi tələbat artır. Söhbət, bütün sahələrdə olan tələbatdan gedir. Çünki, hasilat azaldılmışdı, istehsal dayanmışdı, xidmət məhdudlaşdırılmışdı və sair...

Odur ki, hazırda sürətlə artmaqda olan tələbatı təklif qarşılaya bilmir, yuxarıda dediyim kimi. Ancaq, ABŞ valyutasının bahalaşmasının və Avropadakı qaz böhranının da bunda təsir rolu vardır.

Sözüm bunda deyil. Bütün bu deyilənlər fonunda ölkəmizə gəldikdə isə, bizim üçün mövcud vəziyyət həm əlverişlidir, həm də müəyyən istiqamətlər üzrə qeyri-əlverişli...

Əlverişlidir ona görə ki neftin və qazın bahalaşması gəlirlərimizi artırır. Bu ilin yanvar-avqust aylarında Azərbaycan 8 milyard 498 milyon dollar dəyərində xam neft ixrac edib ki, hələ hasilatı azaltmış sayılırıq. Büdcədə neftin qiymətini isə 40 dollardan götürmüşük.

Dünya bazarlarında sözügedən rəqəm 80 dollar civarındadır. Bu isə o deməkdir ki, təkcə xam neftdən 200 faiz həddində gəlir götürürük.

Qeyri-əlverişlidir ona görə isə ki, xam neftin bahalaşması hər şeyin qiymətini yüksəldir. Ərzaq və digər məhsullar da bahalaşır ki, bu da bizə təsir edir və inflyasiya idxal edir - daxildə istehsalı zəiflədir, onun genişlənməsinin qarşısını alaraq boğur.

Bununla belə, Avropadakı qaz böhranı Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsinin nə qədər uzaqgörən bir layihə olduğunu, ölkəmizin onu reallaşdırmaq üçün çəkdiyi bütün əziyyətlərin nə qədər səmərəli olduğunu bir daha sübuta yetirir.

Xatırladım ki, adı çəkilən layihə maliyyə baxımından uğursuz, ona çəkilən xərclər isə səmərəsiz hesab edilirdi. Eyni ilə Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-Ərzurum qaz kəməri, Bakı-Tiflis-Qars dəmiryol xətti ilə bağlı da söylənilənlər kimi...

Hansı ki, hər üç layihə ilk gündən özünü artıqlaması ilə doğrultmaqla yanaşı, bu gün özlərinin aid olduqları istiqamətlər üzrə çox mühüm və vacib əhəmiyyətli layihələr kimi qəbul olunmaqdadırlar. İndi də eyni nüans Cənub Qaz Dəhlizi üzrə özünü büruzə verir.

Yuxarıda qeyd etdiyimə bahəm, Avropa Birliyi (Aİ) bu layihəyə əgər vaxtında maliyyə dəstəyi göstərsəydi, indi qaz sarıdan bu qədər əziyyət çəkməzdi. Real vəziyyət bu mənada, Avropa üçün Azərbaycanın əhəmiyyətini daha da artırır.

Yeri gəlmişkən, oktyabrın başlanğıcına istehlak üçün anbarlardakı hazır qaz ehtiyatları cəmi 70 faiz təşkil edir. Söhbət, təbii ki, Aİ-dən gedir. Soyuqlar isə qapını kəsdirib...
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sumqayıtda baş verən avtomobil qəzasında xəsarət alan qadınların vəziyyəti açıqlanıb - YENİLƏNİB
  2. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  3. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  4. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  5. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  6. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  7. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  8. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  9. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  10. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bakıda iki məktəb direktoru nöqsanlara görə işdən çıxarılıb
Bakıda iki məktəb direktoru nöqsanlara görə işdən çıxarılıb
Paytaxt məktəblərində monitorinqlər davam etdirilir. Bu barədə "Report"a MÜTDA-dan məlumat verilib. Bildirilib ki, Ətraflı
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib