azadses.az » İqtisadiyyat » Turizm “can hayında”, banklar isə “pul axtarır”

Turizm “can hayında”, banklar isə “pul axtarır”

Pərviz Heydərov yazır...

Koronavirusla bağlı pandemiya şəraitinin dünya, o cümlədən Azərbaycan iqtisadiyyatına vurduğu zərər bəllidir. Söhbət, bütün sektorlar üzrə dəyən zərərdən gedir. Lakin ən böyük zərəri turizm sektoru çəkib. Dünyada turizm sektoru demək olar, çökdü. Ölkəmizdə də həmçinin...

Sözügedən sahə isə bizdə ən sürətli şəkildə məhz son illər ərzində inkişaf etməyə başlamışdı.

Ümumiyyətlə, Azərbaycanda turizmin geniş təşkili və inkişafı gec baş tutub. 90-cı illərdə məlum səbəblərə görə bu sahəyə dərhal diqqət ayrılmadı. İqtisadiyyatda bərpa işlərinə başlanması, əsas diqqətin neft sənayesinə yönəlməsi və kifayət qədər maliyyə vəsaitlərinin olmaması səbəbindən qeyd olunan sahənin inkişafı təxirə düşdü. Bizdə turizm yalnız, 2000-ci illərin əvvəllərindən etibarən diqqət mərkəzinə alındı. Belə ki, bu iş 2001-ci ildən etibarən start götürərək, ötən 20 il ərzində böyük nəticələr verdi ki, müvafiq infrastruktur yaradılaraq yay turizmi ilə yanaşı, qış turizmi üçün də müvafiq şərait təşkil olundu.

Ümumiyyətlə, turizm sahəsi üçün Prezident Heydər Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında 2002–2005-ci illərdə turizmin inkişafı üzrə Dövlət Proqramı”, habelə “Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” mühüm əhəmiyyət kəsb etdi ki, bunların icrası nəticəsində zəngin infrastruktur qurulması ilə yanaşı, ölkəmiz beynəlxalq turizm bazarına inteqrasiyası edilmiş sayıldı.

Bir-birinin ardınca onlarla yüksək xidmət səviyyəsinə malik mehmanxanalar tikilib istifadəyə verildi, turizm sənayesi üçün kadrlar hazırlandı, yüzlərlə çoxşaxəli turist firmaları formalaşdı, informasiya-reklam strukturları işə düşdü, nəticədə də xaricdən turist axını ildən-ilə artmağa başladı ki, üstəlik, ölkəmizdə ötən illər ərzində bir-birinin ardınca bir sıra mühüm beynəlxalq idman və mədəniyyət tədbirlərinin keçirilməsi də buna əlavə rəng qatdı, dəstək və təkan göstərdi.

Turizmin inkişafında həmmçinin, hökumətin qeyri-neft sektorunu inkişaf etdirmək siyasətində regionlarımız üzrə kənd təsərrüfatı ilə yanaşı, sözügedən sahəni prioritet tutması da az əhəmiyyət daşımadı. Regionlarda bu gün çoxlu sayda mehmanxanaların, istirahət zonaları, əyləncə və idman mərkəzlərinin fəaliyyət göstərməsi həm də bunun nəticəsidir. Bunlar həm yay, həm də qış mövsümündə istirahət etmək və dincəlmək üçündür...

Sözün qısası, pandemiya keçən ilin martından bütün bunlara, yəni turizm sektoruna elə bir hərtərəfli zərbə vurdu ki, sözügedən obyektlərin və bu sahədə çalışan işçilərin, yuxarıda qeyd etdiyim kimi çoxsaylı şirkət və strukturların necə və nə vaxt özlərinə gələcəkləri bəlli deyil. Onsuz da işçi heyətinin yarıdan çox hissəsi ixtisara düşüb. Dövlətin və hökumətin pandemiya şəraiti zamanı həyata keçirdiyi sığorta xarakterli bütün məlum ciddi dəstək və səylərinə baxmayaraq... Turizm də məlum olduğu kimi işçi qüvvəsinə yüksək tələbi olan və əməktutumlu sahədir. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, dünya üzrə məşğul işçi qüvvəsinin təxminən 10 faizdən yuxarı hissəsi turizmdə çalışırdı.

İndi bu rəqəm də demək olar, yarıba-yarı azalmış vəziyyətdədir.

Sözüm bunda deyil. Bax, belə bir fonda və şəraitdə acı məqam isə ondan ibarətdir ki, ölkəmizdə banklar bu sahənin tam oturmaması, bərpa məqsədilə nəfəs alması üçün heç bir güzəştə getmək niyyətində deyillər. Bu faciədir. Halbuki, bank sektorunun özünü dövlət bataqlıqdan çıxarmışdı. Hələ pandemiya başlanmamışdan qabaq.

Yeri gəlmişkən, keçən il yazmışdım ki, koronavirusla bağlı yaranmış böhran davam etdikcə dövlətdən, hökumətdən əhalinin sağlamlığı qayğısına qalmaq, habelə iqtisadiyyatı neftin qiymətinin aşağı olmasından, maliyyə və iqtisadi sarıdan daxili nizam-intizamın pozulması və baş verə biləcək xaos, ciddi tənəzzüldən sığortalamaq tədbirləri daha çox güc sərf etməyi tələb edir. Və bu da bəzən, əsassız və yaxud, zamansız istəklər ortaya çıxarırdı. Çünki koronavirus elə bir fəlakət idi ki, həm daxildən, həm xaricdən zərbə vurmaqla yanaşı, müddət artdıqca “immunitet müqaviməti” sıfıra enir, problemlər həm şaquli, həm də üfiqi istiqamətdə genişlənməklə daha dərinə işləyirdi.

Demək istədiyim budur ki, bəziləri bank sektorunu da bura daxil etməyi vacib bilirdilər. Bu, düzgün deyildi. Ona görə ki, buna ehtiyac yox idi. Səbəb o deyildi ki, bank sistemində vəziyyət əla idi, yaxud koronavirus adı çəkilən sektoru vurmayıb. Sadəcə, dövlətin sözügedən sektoru yaranmış vəziyyətlə bağlı sığortalamasına ehtiyac yox idi. Əksinə, yaranmış vəziyyətdə bank sektorunun özünün bir sıra güzəştlərə getməsi tələb olunurdu ki, əslində, bu daha düzgün yol idi. Hansı ki, bu, özünü bankların müştəriləri ilə aralarındakı münasibətlərdə büruzə verməli idi. Ya kreditlərin verilməsi prosedurunda, ya da geri ödənişdə müxtəlif güzəştlərin tədbiqi yolu ilə. Odur ki, dövlətin bank sektoruna dair hər hansı güzəşt paketinə baxmasına heç bir ehtiyac yox idi.

Ümumiyyətlə, sual olunur ki, banklar özləri heç olmasa hansısa güzəştlərə getdilərmi və buna hazır olduqlarını nümayiş etdirdilərmi? Xeyr. Real vəziyyət göstərdi ki, hətta pandemiya şəraitində də banklar buna hazır olmadıqlarını göstərdilər!

Halbuki, bank sektorunun ən böyük problemi vaxtı ötmüş kreditlər məsələsi idi ki, dövlət 2019-cu ilin əvvəlində buna müdaxilə etdi və Prezident tərəfdən bir növ xalqa hədiyyə yolu ilə bu məsələ həllini tapdı. Xatırladım ki, problemli kreditlər həcmi həmin vaxt 2 milyard manata çatırdı.

Sözümü ona gətirirəm ki, indi ölkənin turizm sektorunda biznes kreditlərinin ödənilməsi ilə bağlı çətinliklər kimi məsələlər və problem var. Analoji problem təkcə otel və restoran şəbəkələrində deyil, turizm agentliklərində də yaşansa da, banklar borcların restrukturizasiyasına getmirlər. Sivil şəraitdə isə banklar borclunun pulu qaytarmaq imkanı olmadığı təqdirdə onun üçün yeni güzəştlər tətbiq edir, kredit faizlərində, müddətində və ya məbləğində dəyişikliklər edərək iqtisadiyyat üçün vacib sektorlarda defoltun, tam iflasın baş verməsnə imkan açmırlar. Bu, iqtisadi qanunların normal fəaliyyət göstərdiyi sistem şəraitində adi haldır və prosedurdu.

Sual olunur: dövlətin və hökumətin min əziyyətlə külli miqdarda investisiya, təbliğat və təşviqat işləri ilə ayağa qaldırdığı turizm sektoru görəsən, nəyə görə COVİD-19-un qurbanı olmalıdır?! Bank sektorunu saxlayan əsas sektorlardan biri elə məhz turizm sektoru idi. Qeyri-neft sektorunun inkişafının hərəkətverici qüvvəsini regionlarda mövcud iqtisadi potensialdan tam istifadə olunması təşkil edirdi ki, bunun da əsasında kənd təsərrüfatı ilə turizm dayanırdı.

Ümumiyyətlə, aqrar sahə, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. Beynəlxalq maliyyə institutları da bu sahələr sırasında kənd təsərrüfatı ilə turizmi önə çəkiblər həmişə.
Odur ki, hesab edirəm, ölkədə turizm sektoruna dair subyektlərin bank sektoru qarşısında öhdəlikləri ən pik variantda bağışlanmalıdır. Dövlət bu məsələdə banklara bir “qulaqburması” versə yaxşıdır...

Sonda statistikaya nəzər yetirməyi vacib bilirəm. 2019-cu ildə Azərbaycana dünyanın 193 ölkəsindən 3 milyon 170 min 400 və ya 2018-ci illə müqayisədə 11,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdi. 2018-ci ildə bu rəqəm 2 milyon 849 min 600 nəfər təşkil etmişdi. 2017-ci ildə isə 2 milyon 696 min 700 şəxs. Ümumiyyətlə, 2015-ci ildən sonra turist axını həmişə artıb. Keçən il isə faktiki olaraq heç kim gəlmədi.

Turizmə yatırım edənlər bank sektoru qarşısında öhdəliklərini nəyə əsasən yerinə yetirməlidirlər? Atalar misalı var: keçi can hayında, qəssab isə piy hayında...
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Ağstafada kişi dəm qazından boğularaq ölüb
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  4. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  5. Nizami rayonunda motosiklet piyadanı vurub
  6. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  8. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  9. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  10. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?