azadses.az » İqtisadiyyat » Pensiyalar nə qədər artacaq? - Ətraflı izah

Pensiyalar nə qədər artacaq? - Ətraflı izah

Cari il üçün yenə əmək pensiyalarının sığorta hissəsi 2020-ci ilin orta aylıq nominal əmək haqqının artım tempinə uyğun analoji qaydada indeksləşdiriləcək. Fərdi hesablarda toplanan kapitalların isə istehlak qiyməti indeksinin artım faizinə uyğun indeksləşdiriləcəyini gözləmək olar.

''Azad Səs'' xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, cari ildə pensiyalarının artırılması haqqında, onun miqyası ilə bağlı danışarkən mütləq buna şərait yaradan maliyyə imkanlarını analiz etmək mütləqdir.

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə hər il dövlət büdcəsindən ayrılmış vəsaitlərin həcmində müəyyən yüksəliş müşahidə edilir. Elə bu səbəbdən də cari il üçün planlaşdırılan pensiya məbləğləri ötən ilin göstəricilərilə müqayisədə 13% çoxdur.

Belə ki, bu il əmək pensiyalarının orta aylıq həcmi 338 manata, yaşa görə əmək pensiyalarının orta məbləği isə 370 manata çatdırılması hədəf olaraq qarşıya qoyulub.

E.Əmirov əlavə edib ki, bu hədəflərə nail olmaq üçün bu ilin dövlət büdcəsində sosial təyinatlı xərclər üçün 3690 milyon manatdan artıq vəsait nəzərdə tutulur:

"Bunu 2020-ci illə müqayisə etsək, görərik ki, bu göstərici ötən illə müqayisədə 14,1 faiz çoxdur. Bu göstəricinin, yəni sosial müdafiə və sosial təminat xərclərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin büdcə xərcləri daxilində olan xüsusi çəkisinə gəldikdə isə bu, 13%-ə yaxın bir həddədir.

Bu xüsusi çəki göstəricisi də ötən illə müqayisədə 1,1% çoxdur. Hətta həmin xərclər ÜDM-ə nisbətən də 2020-ci illə müqayisədə daha yuxarı həddədir".

İqtisadçı hesab edir ki, eyni zamanda DSMF büdcəsinə balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün yönəldiləcək vəsaitin ötən illə müqayisə də təxminən 37% çox olması da nəzərə alınmalıdır.

Başqa sözlə, 2020-ci illə müqayisədə 442 milyon manat artıq olmaqla cari il üçün bu məbləğ 1631 milyon manat təşkil edəcək. Məhz bu vəsaitlər hesabına 1,3 milyon nəfərə yaxın əmək pensiyaçısının pensiyalarının bir hissəsinin maliyyələşdirilməsi həyata keçiriləcək.

Mütəxəssisin sözlərinə görə, hazırda sual cari ildə pensiya artımı ilə bağlı indeksasiyanın necə aparılacağıdır.

Hazırda cari il üçün pensiya məbləğlərinin əməkhaqqının artım tempinə uyğun indeksləşdiriləcəyini gözləmək olar. Bu zaman pensiyaların həm sığorta hissəsinin, həm də fərdi hesabla toplanan kapitalların indeksləşdirilməsi gözlənilir. Bütün proseslərin avtomatlaşdırılmış qaydada icra edilməsi nəzərdə tutulur:

"Hazırda ölkədə minimum pensiya məbləği 200 manat təşkil edir. İlin əvvəlindən isə orta aylıq nominal əmək haqqı illik müqayisədə 21.7% artıb.

Buna görə də pensiyaların sığorta hissəsinin bu göstəriciyə uyğun artması gözlənilir. Nümunə üçün qeyd etmək olar ki, 2019-cu ildə orta aylıq nominal əmək haqqı illik təxminən 16,6% artığından əmək pensiyaların sığorta hissəsi də eyni nisbətdə artılmışdır.

Cari il üçün yenə əmək pensiyalarının sığorta hissəsi 2020-ci ilin orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun analoji qaydada indeksləşdiriləcək. Fərdi hesablarda toplanan kapitalların isə istehlak qiyməti indeksinin artım faizinə uyğun indeksləşdiriləcəyini gözləmək olar". //Trend
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Oğurladığı pulla qohumunun təhsil haqqını ödədi - İlk iş günündə cinayət
  2. Vətəndaşlara 300 min manat zərər vurmaqda şübhəli bilinən “avtomobil idxalçısı" həbs olunub
  3. Ölkə ərazisində yağıntılı və küləkli hava davam edir
  4. Rusiya vətəndaşı Bakıda avtoqəza törədib, ölən var
  5. Azərbaycana dəyəri 100 min manatdan çox olan qızıl-zinət əşyaları keçirməyə cəhd edən qadınlara hökm oxunub
  6. Vətəndaşların bank kartlarından ötən gün 9 min manata yaxın pul oğurlanıb
  7. Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
  8. FHN: Ötən həftə ərzində 156 yanğına çıxış olub, 2 nəfərin meyiti tapılıb
  9. Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
  10. DTX xaricdə terrorçuluqda təqsirləndirilən şəxsləri saxlayaraq Bakıya gətirib, məhkəmələri keçirilir
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün bütün məktəblərdə 6-cı siniflərin monitorinqi keçiriləcək
Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində VI siniflərin monitorinqi keçiriləcək. "Report" xəbər verir Ətraflı
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Bakıda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq
Paytaxtda 100 minə yaxın şagird monitorinqə cəlb olunacaq. Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Ətraflı
Bütün xəbərlər
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib