COVID-19-la bağlı sertifikatlar təsdiqləndi

“Azadsəs.az” xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.
Təsdiqlənən sənədlər aşağıdakılardır:
1. “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası”,
2. “Peyvənd Sertifikatı”nın forması”,
3. “Əks-göstəriş Sertifikatı”nın forması”,
4. “COVID-19-RT-PZR Analiz Nəticəsi Sertifikatı”nın forması”,
5. “İmmunitet Sertifikatı”nın forması”.



