105 yaşlı Afrika monarx uzunömürlülüyün sirrini bölüşüb
- 2-02-2022, 07:31
- Dünya

Ən yaşlı Afrika monarxının fikrincə, uzun ömür üçün korrupsiyadan çəkinməli və var-dövlət üçün can atılmamalıdır.
“Uzun yaşamaq istəyirsinizsə, əllərinizin təmiz olduğundan əmin olun: Korrupsiyadan çəkinin. Allah rüşvəti sevmir. Bundan başqa Allah bizə qonşumuzu özümüz kimi sevməyimizi buyurub. Amma görün indi nələr baş verir?.. Qəzetlər daha çox qətl və bu kimi şeylərdən yazır. Uzun ömür istəyirsinizsə, əvvəlcə Allahı düşünün və onun istədiyini edin. O zaman çox yaşayacaqsınız”, - deyə I Ovi Oqoni-Oqoro bildirib.
