NATO hansı halda müharibədə iştirak məsələsini müzakirə edəcək?

“Azadsəs.az” xarici mediaya istinadən xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda bildirib.
Onun sözlərinə görə, NATO-ya üzv ölkələrin liderləri Rusiya tərəfinin Ukraynada kütləvi qırğın silahlarından (KQS) istifadə edəcəyi təqdirdə alyansın gələcək hərəkətlərini və Ukrayna münaqişəsində iştirakını müzakirə etməli olacaqlar:
“Əgər siz məndən Rusiya Prezidenti Vladimir Putinin kimyəvi silahdan istifadə edə biləcəyini soruşsanız, məncə, Putin indi hər şeydən istifadə edə bilər, xüsusən də belə çətin vəziyyətdə. Əgər o kütləvi qırğın silahlarından istifadə edirsə, bu, hər şeyi dəyişəcək”.
Qeyd edək ki, undan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın kimyəvi silahlarla əməliyyatlar planlaşdırmaqda şübhəli olduğunu bildirmişdi.