Ukrayna Rusiya ilə mübarizə apara biləcəyi şərti açıqladı
- 11-04-2022, 22:47
- Dünya
“Ukrayna ən qısa zamanda lazımi silahlarla təmin edilsə, Rusiyanın silahlı təcavüzünü dəf edə biləcək”.
“Azadsəs.az” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak bildirib.
Onun sözlərinə görə, ilk növbədə Ukraynaya ağır silahlar, xüsusən də artilleriya lazımdır.
"İkincisi, bizə tanklar, hərbi təyyarələr lazımdır. Ukrayna səmasını bağlamağa kömək edəcək bütün mümkün silahlara ehtiyacımız var", - Andrey Yermak deyib.
Yermak ABŞ tərəfi ilə dərin və ətraflı dialoqun getdiyini qeyd edib:
“ABŞ Prezidenti Cozef Bayden Ukrayna üçün hamıdan çox iş görür”.
"Amma siz müharibədə olanda - biz bu barədə açıq danışırıq - bizə daha çox ehtiyacımız var. Hətta bu kifayət deyil - bizə hər şey mümkün qədər tez lazımdır. Vaxtında olsa, qalib gələcəyik", - Yermak əlavə edib.