İranın qərbi Azərbaycan vilayəti, ölkənin ən səfalətli bölgəsi
- 17-04-2022, 12:22
- Dünya
"Həmşəhri" qəzeti İran Statistika Mərkəzinin məlumatlarına istinadən ölkənin vilayətlərindəki vəziyyəti inflyasiya, işsizlik və səfalət göstəricisi baxımından araşdırıb ki, bu da Qərbi Azərbaycan vilayətinin işsizlik və səfalət baxımından ən pis vəziyyətə malik olduğunu göstərir.
“Azad İran” Telegram kanalı xəbər verir ki, 1400-cü ilin sonunda (mart 2021) ən aşağı səfalət göstəricisi 43,6% ilə Tehran vilayətində, ən yüksək göstərici isə 62,2% ilə Qərbi Azərbaycan vilayətində müşahidə olunub.
Habelə Qərbi Azərbaycan vilayəti 18,3% ilə ölkənin ən işsiz vilayəti, Tehran isə 6% ilə ən aşağı işsizlik səviyyəsinin olduğu vilayət seçilib. Səfalət indeksi son 10 illə müqayisədə 2021-ci ildə rekord həddə çatıb.