azadses.az » Dünya » Türkiyə üçün prioritet layihə - "Akkuyu" AES

Türkiyə üçün prioritet layihə - "Akkuyu" AES

Türkiyə ilə Rusiya arasında “əsrin layihəsi” kimi qeyd olunan “Akkuyu” Atom Elektrik Stansiyasının (AES) inşası reallaşmaq üzrədir. Bu müjdəni türk xalqına çatdıran prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyənin ilk nüvə stansiyası gələn ilin sonuna qədər istifadəyə veriləcək.

Bir çoxları hesab edirdi ki, Türkiyə Ukraynadakı müharibə səbəbindən Rusiya ilə bu razılaşmanı donduracaq. Və etiraf etmək lazımdır ki, bu istiqamətdə ona xeyli təzyiqlər də oldu. Lakin gözləntilərin əksinə olaraq, Türkiyə onun üçün zəruri olan bu layihəni dayandırmadı. Məsələ ondadır ki, stansiyanın inşası yekun mərhələdədir. Başqa bir fakt - layihəyə sərf olunan vəsaitin həcmi də tərəflər arasında yarıya bölünüb. Rusiya nağd pul, Türkiyə isə texnika, avadanlıq qismində layihədə pay sahibidir. Qərbi sakitləşdirmək üçün Ankara Rusiyadan savayı digər ölkələrlə də nüvə stansiyalarının inşasının nəzərdə tutulduğunu bəyan edib. Sinopda yaponlarla daha bir AES-in əsasını qoymaq üçün işlər yekunlaşmaq üzrədir. AES-lərin yerləşdiyi ərazilərə gəlincə, bu layihələr 2000-ci illərdən məlumdur. İlkin olaraq AES danışıqları Fransa-Yapon və Çin-Amerika konsorsiumu ilə aparılıb.

Bütövlükdə Türkiyə hakimiyyəti “Akkuyu” AES-dən əlavə daha iki atom elektrik stansiyası tikmək niyyətindədir. “Akkuyu” Türkiyənin enerji təhlükəsizliyinə mühüm töhfə olacaq. O ki qaldı Ankaranın nüvə dövlətinə çevriləcəyi barədə ittihamlara - rəsmi Ankara dəfələrlə bəyan edib ki, Türkiyənin iqtisadi müstəqilliyi və ölkənin rifahının yüksəlməsi tərəfdarı olan hər kəs nüvə enerjisindən dinc məqsədlər üçün istifadəni dəstəkləməlidir.

Mövzu ilə bağlı Kaspi qəztinin yazısını təqdim edirik.

Türkiyə 40 milyard dollardan çox gəlir götürəcək

AES-in baş direktoru Anastasiya Zoteyeva bildirib ki, Türkiyə tərəfi “Akkuyu”nun elektrik enerjisi satışından 40 milyard dollardan çox gəlir əldə edəcək. "Türkiyə iqtisadiyyatının artımını və elektrik enerjisinə tələbatın artımını nəzərə alsaq, satışdan gələn gəlirin məbləği 40 milyard dolları keçə bilər", - deyən Zoteyeva əlavə edib ki, vergilərin və sosial ödənişlərin həcmi daha çox olacaq. Təxminən 20 milyard dollar dəyərində olan və Türkiyənin elektrik ehtiyacının 10 faizini qarşılayacaq bu dördbloklu meqalayihə tikinti mərhələsində 10 min insanı işlə təmin edib. İstismar mərhələsində isə AES-də 3.500 nəfər çalışacaq. Türkiyə Sinopda tikintisi planlaşdırılan nüvə obyektinin istifadəyə verilməsi ilə elektrik enerjisinə olan tələbatının 20 faizini təmin edəcək mərhələyə yaxınlaşacaq.

"İnşa et, sahib ol, istismar et"

Yeri gəlmişkən, Mersində - Aralıq dənizi sahilində inşa edilən stansiya Türkiyə tarixinə ilk AES kimi düşməklə yanaşı, dünya atom enerji tarixinə "inşa et-sahib ol-istismar et" (ingiliscə BOO, Build-Own-Operate) modeli ilə düşəcək ilk enerji obyekti olacaq. Bu formula uyğun olaraq Türkiyə hakimiyyət orqanları Rusiya tərəfinə AES inşası üçün meydança təqdim etməklə yanaşı, elektrik enerjisinin müəyyən hissəsini almaqla bağlı da təminat verib. Rusiya tərəfi isə stansiyanın layihələndirilməsi, inşası, istismarı və xidmətini həyata keçirəcək "Akkuyu nuklear" layihə şirkətini də qurub. Eyni zamanda bundan irəli gələcək bütün xərc və riskləri öz üzərinə götürüb. Yəni türk tərəfi sanksiyalara qoşulmaqla çox şeydən məhrum olacaqdı. AES-in tikinti sahəsinin infrastrukturu ilə bağlı bütün işlər Türkiyənin mövcud norma və qanunlarına uyğun, eləcə də hökumətin tövsiyələri əsasında həyata keçirilir. “Akkuyu” AES-in başqa bir əhəmiyyəti də odur ki, bu layihə Türkiyə-Rusiya münasibətlərinin sabit qalmasını təmin edəcək. Bu AES münasibətlərdə tamamilə yeni bir mərhələdir. Layihə həm də iki ölkə arasında əlaqələri geosiyasi və strateji baxımdan gücləndirmək, onların davamlılığını təmin etmək və hər iki tərəfə regionda xüsusi güc vermək əhəmiyyətinə malikdir. “Akkuyu” AES Türkiyənin iqlim dəyişikliyi ilə mübarizəsinə və Türkiyə iqtisadiyyatının canlanmasına da mühüm töhfə verəcək. Belə ki, bu gün dünyada iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayan nüvə enerjisinə artan tələbat var.

“Metsamor”un bağlanması reallaşır

Bir faktı da qeyd edək ki, “Akkuyu”nun reallaşması “Metsamor” AES-in təhlükəsini də gündəmə gətirib. Yalnız dünya ekspertlərinin deyil, Ermənistanın aparıcı ekspertlərinin də stansiyanın vəziyyəti ilə bağlı verdikləri proqnozlar ürəkaçan deyil. Erməni ekoloji təşkilat fəalları hesab edirlər ki, “Metsamor” olduqca təhlükəlidir. Xüsusilə Cənubi Qafqaz kimi geostrateji əhəmiyyətli, müxtəlif maraqların toqquşduğu, Şərqlə Qərb arasında dəhliz rolunu oynayan bir regionun istər ekoloji, istərsə də siyasi-iqtisadi baxımdan təhlükəsizliyi Qərb dövlətlərini də narahat etməlidir. Cənubi Qafqaz regionu o qədər böyük olmasa da, burada bir neçə dövlətin ərazisi paylaşılır. Nəticədə, region dövlətlərindən birində baş verən hər hansı bir fəlakət bu və ya digər dərəcədə regionun digər ölkələrindən də yan keçməyəcək. “Metsamor”un köhnə olması, müasir AES-lərdən geridə qalmasını nəzərə alsaq, Ermənistanın 37 yaşlı reaktorunun regionu hansı miqyasda təhlükə ilə üz-üzə qoyduğu təkcə Azərbaycanı deyil, beynəlxalq aləmi də düşündürməlidir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  2. Bakıda 55 yaşlı qadını avtomobil vurub
  3. Bakıda 18 yaşlı qızı motosiklet vuraraq ağır xəsarət yetirib
  4. Nizami rayonunda motosiklet piyadanı vurub
  5. Bakıda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb
  6. Bakıda yeniyetmə qız yol-nəqliyyat hadisəsində xəsarət alıb
  7. Bakıda 13 yaşlı yeniyetməni avtomobil vurub
  8. Kirayədə yaşayan gənc canına QƏSD ETDİ
  9. Bakıda avtomobil maneəyə çırpılıb, xəsarət alan var
  10. Qubada 102 min manatlıq dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıblar
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?