Aİ Rusiyaya qarşı altıncı sanksiyalar paketini tətbiq edəcək: SWIFT-dən də ayırırlar
- 31-05-2022, 12:40
- Dünya

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin sözlərinə görə, sanksiyalar Rusiya neft ixracının 75%-nə təsir edəcək. İlin sonuna isə bu rəqəm 90%-ə çatacaq.
Bundan əlavə, Avropa İttifaqı ölkələri Rusiyanın əsas maliyyə qurumlarından olan “Sberbank”ı SWIFT beynəlxalq banklararası ödəniş sistemindən ayırmaqla bağlı razılığa gəliblər.
Sanksiyalar həmçinin Ukraynada hərbi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərə də şamil ediləcək.